
İki ölkə prezidentləri barədə həbs qərarı
Argentina məhkəməsi Maduronun, Venesuela məhkəməsi isə Xavyer Melin həbsinə order verib
Argentina məhkəməsi Maduronun, Venesuela məhkəməsi isə Xavyer Melin həbsinə order verib
6 əcnəbi həbs olundu
Venesuelada müxalifətin prezidentliyə namizədi İspaniyadan sığınacaq istəyib
Nikolas Maduro Milad bayramının tarixini dəyişir
Maduro: “Bu adam qanunu və heç nəyi tanımadığını deyir”
ABŞ Venesuela prezidentinin uçağını ələ keçirib
AB Venesuela prezidentinin demokratik legitimliyini tanımır
Jurnalistlər şəxsiyyətlərini gizlətmək üçün çarəni virtual reportyorlar yaratmaqda tapıb
“Xalqın özünüidarəsi ilə daha da təsirli olacaq”
Prokurorluq Venesuela müxalifətinin liderinə qarşı cinayət işi açır
Müxalifətin namizədi venesuelalıları birliyə çağırır
İspaniya XİN də tam şəffaflıqda israr edir
Ali Məhkəmə Maduronun qələbəsini təsdiqlədi, qonşu ölkələr qərarı tanımadı
“Ölkənin hər küncündə, xalqın yanında olacağıq”
Venesuela müxalifətindən Maduroya çağırış
Braziliya prezidenti seçki protokollarını açıqlanmasını istəyib
İyulun 28-də Venesuelada keçirilən prezident seçkilərində qalib gəldiyini iddia edən müxalifətin namizədi Edmundo Qonzales Urrutia dünən (avqustun 26-da) prokurorların çağırışına əməl etməyib. Prokurorluq Qonzalesi bu gün (27 avqust) yenidən ifadə verməyə çağırıb.
Üç həftədən çoxdur gizlənən Gonzalez Urrutia, bazar günü axşam sosial media şəbəkəsində yayımlanan bir videoda baş prokuror Tarek Uilliyam Saabın “artıq qınadığını və indi azadlığa heç bir zəmanəti olmazkən ifadə vermək çağırışı ilə təzyiq etdiyini” söyləyib.
Saab dünən AFP-yə bildirib ki, Qonzales Urrutia çərşənbə axşamı günü ikinci dəfə ifadə vermək üçün prokurorluğa çağırılıb.
O, müxalifət namizədinin məsuliyyəti üzərinə götürməli və seçkidən (28 iyul) əvvəl, semki zamanı və sonrasında qanuni qurulmuş hakimiyyətə qarşı üsyan və itaətsizliyinə görə məsuliyyəti barədə ifadə vermək üçün çağırışa cavab verməli olduğunu deyib.
Rəsmi mənbələrin verdiyi məlumata görə, 61 yaşlı Nikolas Maduronun yenidən seçildiyinin elan edilməsi 27 nəfərin öldüyü, 192 nəfərin yaralandığı, 2400 həbs olunduğu vəhşicəsinə yatırılan kortəbii nümayişlərə səbəb olub.
Maduro müntəzəm olaraq Qonzales Urrutianı zorakılığa görə məsuliyyət daşımaqda ittiham edir və onu “qorxaq” adlandırır.