
İki ölkə prezidentləri barədə həbs qərarı
Argentina məhkəməsi Maduronun, Venesuela məhkəməsi isə Xavyer Melin həbsinə order verib
Argentina məhkəməsi Maduronun, Venesuela məhkəməsi isə Xavyer Melin həbsinə order verib
6 əcnəbi həbs olundu
Venesuelada müxalifətin prezidentliyə namizədi İspaniyadan sığınacaq istəyib
Nikolas Maduro Milad bayramının tarixini dəyişir
Maduro: “Bu adam qanunu və heç nəyi tanımadığını deyir”
ABŞ Venesuela prezidentinin uçağını ələ keçirib
AB Venesuela prezidentinin demokratik legitimliyini tanımır
Jurnalistlər şəxsiyyətlərini gizlətmək üçün çarəni virtual reportyorlar yaratmaqda tapıb
Venesuelada müxalifətdən prezidentliyə namizəd prokurorlara ifadə verməkdən imtina edir
Prokurorluq Venesuela müxalifətinin liderinə qarşı cinayət işi açır
Müxalifətin namizədi venesuelalıları birliyə çağırır
İspaniya XİN də tam şəffaflıqda israr edir
Ali Məhkəmə Maduronun qələbəsini təsdiqlədi, qonşu ölkələr qərarı tanımadı
“Ölkənin hər küncündə, xalqın yanında olacağıq”
Venesuela müxalifətindən Maduroya çağırış
Braziliya prezidenti seçki protokollarını açıqlanmasını istəyib
Venesuela prezidenti Nikolas Maduro iyulun 28-də keçirilən prezident seçkilərindən sonra yeni kabinetini elan edib. Paytaxt Karakasda iqamətgahda təşkil edilən mətbuat konfransında danışan Maduro Venesuelanın demokratiyaya əsaslanan dövlət quruculuğu prosesində yetkinliyə çatdığını bildirib.
Kabinetində bir sıra dəyişikliklər edən Maduro, “Venesuellanın ehtiyac duyduğu dəyişikliklər xalqın özünüidarəsi ilə daha da təsirli olacaq. Biz dövləti daha canlı, birbaşa demokratiya ilə birlikdə idarə etmək və hökumətin xalqla məsləhətləşməsi üçün addımlar atırıq”.
Dəyişikliklərin dərinləşməsi və sürətləndirilməsi prosesi adlandırdığı yeni kabinetində Maduro partiyanın iki nömrəsi kimi tanınan Diosdado Kabelonu daxili işlər naziri təyin edib.
Keçmiş vitse-prezident Delsi Rodriqes neft naziri və icraçı vitse-prezident, Hektor Rodriqes isə təhsil naziri, həmçinin sosial-regional sahə üzrə vitse-prezident təyin edilib.
Anxel Prado, Kommunalar və Şəhər Kənd Təsərrüfatı naziri, Anabel Pereira maliyyə və xarici ticarət naziri; Pedro Telleçi sənaye və istehsal naziri; Hektor Obregon Dövlət Neft Korporasiyasının (PDVSA) prezidenti, Eduardo Pinate əmək naziri, Maqlay Vina ailə naziri, Arnaldo Sançes isə idman naziri təyin edilib. Xarici İşlər Naziri İvan Gilin öz postunda qalıb.