
“Bizə qarşı 1200 raket tuşlanıb”
Venesuela: “ABŞ Karib dənizində misli görünməmiş hərbi fəallıq nümayiş etdirir”
Venesuela: “ABŞ Karib dənizində misli görünməmiş hərbi fəallıq nümayiş etdirir”
Venesueladan ABŞ-a mesaj
Maduro reaksiya verdi: “Venesuelanı heç kim aşağılaya bilməz”
Venesuelada narkotik daşınmasında istifadə edilən təyyarə zolağı tapılıb
Venesuela təkzib etdi: “Hücum videosu süni intellektlə hazırlanıb”
Venesueladan ABŞ-a xəbərdarlıq
ABŞ-ın Venesuela sahillərinə donanma göndərməkdə əsl məqsədi nədir?
“Venesuelaya girmələri üçün heç bir yol yoxdur”
Karib dənizinə bir sualtı və 7 döyüş gəmisi yola salınıb
ABŞ savaş gəmiləri Sakit Okeanda yerləşdirildi ...
Kolumbiya Prezidenti ABŞ-ın Maduro iddiasını yalanladı
ABŞ donanması Venesuela açıq sularına üç nəhəng döyüş gəmisi göndərdi
Müxalifətin boykot çağırışlarından sonra onlarla həbslər həyata keçirilib
Maduro Qayanaya ərazi iddiası ilə çıxış edib
Argentina məhkəməsi Maduronun, Venesuela məhkəməsi isə Xavyer Melin həbsinə order verib
6 əcnəbi həbs olundu
Böyük Britaniyanın tanınmış qəzetlərindən olan “The Guardian”, prezident Nikolas Maduronun iyulun 28-də Venesuelada keçirilən seçkilərdən sonra mətbuata təzyiqləri artırdığını iddia edir.
Xəbərdə jurnalistlərin senzuradan yayınmaq üçün süni intellektlə dəstəklənən proqram təminatı ilə avatar yaratdıqlarına və xəbərləri izləyiciləri ilə paylaşdıqlarına diqqət çəkilir.
“Operation Retweet” (Operación Retuit) adlı təşəbbüsü irəli sürən Kolumbiyada yerləşən “Connectas” jurnalistika platformasının direktoru Karlos Eduardo Huertas süni intellektdən istifadənin hiylə olmadığını bildirir: “Bu, Venesuelada həmkarlarımızın üzləşdiyi təqiblərə və artan təzyiqlərə cavabdır”.
Artıq kamera qarşısında olmağın çox da məntiqli olmadığını irəli sürən Huertas, xəbəri yayan müxbirlərin şəxsiyyətlərini gizlətmək üçün çarəni virtual jurnalistlər yaratmaqda tapdıqlarını bildirir.
Təşəbbüs Venesuelada yerləşən 20 xəbər saytı və fakt yoxlama təşkilatını, həmçinin müntəzəm məzmun paylaşan 100-ə yaxın jurnalisti əhatə edir.
İnkişaflar “La Chama” və “El Pana” adlı virtual avatarlar tərəfindən gündəlik xəbər bülleteni formatında təqdim olunur.
Venesuela Seçki Şurasının iyulun 29-da açıqladığı nəticələrə görə, prezident Maduro 51,20 faiz səslə üçüncü dəfə seçkilərdə qalib gəlib.
Lakin müxalifət koalisiyasının namizədi Edmundo Qonzales və müxalifət lideri Maria Korina Maçado nəticələri rədd etdiklərini açıqlayıblar. Avropa Birliyi və ABŞ Maduronun fırıldaq etdiyini iddia etdi və solçu Braziliya və Kolumbiya hökumətləri Venesueladan seçki nəticələrinin protokollarını paylaşmağı tələb etdilər.
Lakin Venesuela Ali Məhkəməsinin ötən həftə verdiyi açıqlamada Maduronun seçkilərdə qalib gəldiyi açıqlanıb.
Seçkilərdə qanunsuzluqlar olduğu iddialarından sonra minlərlə insan küçələrə axışıb. Mətbuatın məlumatına görə, etirazlar zamanı azı 1400 nəfər saxlanılıb, 23 nəfər həyatını itirib.
CNN xəbərinə görə isə 2 min adam saxlanılıb, 24 nəfər həlak olub.
Digər tərəfdən, Nikaraqua prezidenti Daniel Orteqa avqustun 26-da verdiyi açıqlamada Maduronu dəstəkləyib və “silahlı əks-inqilab cəhdlərinin qarşısını almaq üçün Sandinista döyüşçülərini göndərməyi” təklif edib.
“Sandinista” 1970-ci illərin sonunda Nikaraqua İnqilabı ilə hakimiyyətə gələn solçu siyasi hərəkat olan Sandinista Milli Azadlıq Cəbhəsinin (FSLN) üzvlərini təsvir etmək üçün istifadə olunur.
FSLN lideri Orteqa “Sandinista döyüşçüsü” deyərkən polisləri, yoxsa ordudan olan əsgərləri nəzərdə tutduğuna dair dəqiq açıqlama verməyib.