“Dulusçu” Fransada ələ keçdi
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
09:04 | 7 aprel 2014 | Bazar ertəsi
Məqaləyə 2910 dəfə baxılıb
Şriftin ölçüsü
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
İran Şimali Afrikada yeni terror şəbəkəsi yaradır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
Fransada çörəyin içindən çıxan qorxutdu
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
Hökumət CSG islahatını həyata keçirməyə hazırlaşır
Psixoloji səbəblər və elmi baxış
«Övladlarım fransızca öyrənməsin ! Əgər məktəbdə onları məcbur edərlərsə onlara qarşı Azenkur döyüşünə (Yüzillik Müharibədə ingilislərin əsas qələbəsi - red.) çıxaram», deyə müəllif üsyan edir. Onun fikrincə, «99 qırmızı şar» mahnısını fransızca oxumaq qeyri mümkündür (doxsan doqquz sözü fransızca çox uzundur: «quatre-vingt-dix-neuf» - red : ), ancaq bu, hələ əsas səbəb deyil.
Müəllifə görə, fransız dili biznes dünyasında sərfəli investisiya deyil. Bunun səbəbi Fransada işadamları və onların inkişafı üçün səmərəli şəraitin yaradılmaması, vergilərin çoxluğudur. Fransaya getmək olar, ancaq kafedə oturmaq və baget çörəyi almaq üçün, işləmək üçün yox.
Dünyanın 15 faizi fransızdillidir. Müəllifin buna cavabı budur ki, həmin 15 faizin nə kökdə olduğuna fikir vermək lazımdır: Fil Dişi Sahili, Çad, Mali, Konqo və Konqo Demokratik Respublikası və nəhayət Mərkəzi Afrika Respublikası. Afrikanın əsas hissəsi inkişafda olsa da, fransızdillilər hələ də çapalayırlar. Bununsa səbəbi fransız dilidir. Mallonun fikrincə.
Böyük Britaniyadan fərqli olaraq, Fransa fransızdilli Afrikanın inkişafdan qalmış ölkələrində öz mövcudluğunu hələ də saxlayır. Bu ölkələrin diktatorlarını da Fransa təyin edir və dəstəkləyir, böhran zamanı hərbi müdaxilə də edir. İndiyə qədər Fransa Afrikada otuza yaxın hərbi müdaxilə edib, amma hardasa stabil hökümət qurduğunu görən olmayıb. Bundan əlavə, müəllif Fransanı Ruandada tutsilərin soyqırımında iştirakda günahlandırır. Tutsilərin kökünü kəsmək istəyən hutuları siyasi cəhətdən dəstəkləyən, onlara silah satılmasını təmin edən və soyqırıma mane olmayan da, məhz Fransa dövləti olmuşdu.
«Odur ki, mən Ruanda ilə həmrəylik göstərərək övladlarımın fransız dili öyrənməsinə təkidlə mane olacam», deyə Mallon bildirir. O, Ruandanın ingilis dilini rəsmi biznes dili etmək cəhdlərini və «Commonwealth»ə qoşulduğunu xatırlatmağı da unutmur.
Təbii ki, İv Montanın filmlərinə altyazılarla baxmaq yaxşı deyil. Ancaq, alman və ispan dillərini öyrənmək daha sərfəlidir. İspan dilində qaydasız fellərin sayı da azdır.
Sonda, müəllif onu da xatırladır ki, hutuların silah almasına yardım etmiş fransız Pol Barilə qarşı fransızlar məhkəmə iddiası qaldırıblar. Qərar çıxanadək isə Baril Frankofoniya Təşkilatının üzvü olan və Fransaya yüz milyonlara investisiya qoymuş Qətər hökumətinin məsləhətçisi işləyəcək.