
Avropada yayılan yeni virus – çikunqunya
Fransa və Almaniyada Asiya pələng ağcaqanadı təhlükəsi
Fransa və Almaniyada Asiya pələng ağcaqanadı təhlükəsi
Minlərlə “Mercedes-Benz” geri çağırıldı
Fransa bələdiyyələrində əməkhaqqı üsyanı
Marsel hava limanı bağlanıb, qatarların hərəkəti dayandırılıb
Fransa müxalifətinin lideri siyasi qadağa qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət edir
Makron cütlüyü arasında daha bir böhran, arvadı ərinə məhəl qoymadı
5 günlük müharibədən sonra “Rafale” təyyarələrinə qarşı təbliğat genişlənib
Evi basılan yaşlı türk qadını yerlə sürüdülər, gənc qızı isə hovuzda ölümünə döydülər
Avropa şəhərində 26 cərimə yazılarkən 4 avtomobilin hərəkəti qadağan edildi
Fransa yeni qızmar isti dalğasına hazırlaşır
Fransada müsəlmanlara qarşı hücumlar artmaqdadır
Fransada türklərin antik əşyalarını toplanılır
Qadağa qaldırıldı, Sena çayı ictimaiyyətə açıldı
Fransa polisinin miqrantlara müdaxilə taktikası – şişmə qayıqlar bıçaqla deşiləcək
İranda həbs olunan iki Fransa vətəndaşına hökm oxunub
Fransada ölümlə nəticələnən yol qəzalarına səbəb olanlara ağır cəza
Radikal solçu Boyun əyməyən Fransa Partiyası (LFI) prezident Emmanuel Makrona impiçment elan etmək cəhdində parlamentə ilk addımı atıb. Ancaq buna nail olmaq ehtimalı olduqca zəifdir.
Mərkəz sağçı Respublikaçılar (LR) Partiyasının lideri Erik Çiottinin “France-Presse” Agentliyinin (AFP) verdiyi xəbərə görə, ölkənin ali icraedici orqanı olan Parlamentin Rəyasət Heyəti LR-nin təklifini 12 əleyhinə 10 səslə qəbul edib. Bundan sonra layihə Qanunlar Komitəsinə təqdim edilib.
Təklifi radikal solçu LFI-dən olan 72 deputat, həmçinin Yaşıllar və Fransa Kommunist Partiyasından təxminən on deputat imzalayıb.
Yael Braun-Pivetin sədrlik etdiyi Parlamentin Rəyasət Heyətində 22 deputat var. Solçu Yeni Xalq Cəbhəsi (NFP) koalisiyası 12 üzvdən ibarət əksəriyyətə malikdir.
Sosialist Partiyası (PS) isə Makronun vəzifədən uzaqlaşdırılması səylərində iştirak etməmək qərarına gəlib.
Keçmiş Sosialist prezident Fransua Olland və Yaşıllar Partiyasının baş katibi Marin Tondelier də daxil olmaqla bir çox insan son həftələrdə Makronun impiçment prosesi ilə bağlı tərəddüdlərini açıq şəkildə dilə gətirib.
Son günlərdə AFP-nin əlaqə saxladığı Qanun Komissiyasının bəzi üzvləri parlament tətildə olduğu üçün məsələnin gündəmə gətirilə biləcəyinə şübhə ilə yanaşdılar.
Prezident Makron sentyabrın sonunda növbədənkənar sessiya çağırmasa, Parlamentin oktyabrın 1-də yenidən toplanması planlaşdırılır.
Lakin Makronu devirmək cəhdinin uğur qazanma şansı azdır. Radikal sollar Qanunlar Komitəsində azlıq təşkil edir, burada impiçment təklifi üzvlərinin üçdə ikisinin təsdiqini almalıdır.
Bunun üçün ifrat sağçı Milli Birlik Partiyasının (MN) dəstəyi lazımdır. Bununla belə, RN liderlərindən olan ifrat sağçı Marin Le Pen Fransa radikal solunun təklifini pisləyərək, “Bu, insanlara Makronla əldə etdikləri bir çox güzəştləri unutdurmaq cəhdidir”, – deyib.
Parlamentdəki LFI liderlərindən biri olan Matilda Panot çərşənbə axşamı “X” platformasındakı yazısında bunu Fransanın Beşinci Respublikasının tarixində görünməmiş hadisə kimi qiymətləndirib. Panot, “Biz bunu müzakirə etmək üçün tezliklə Qanunlar Komitəsində görüşəcəyik”, – deyib.
Keçmiş baş nazir və İntibah Partiyasının Parlament Qrupunun sədr müavini, prezident Makrona yaxın simalardan biri Qabriel Attal Parlamentin iclasında bu təklifi və hazırkı müzakirələri Fransaya qarşı açıq müharibə elanı kimi qiymətləndirib.