
Interval 2 dəqiqə olacaq
Metropoliten qış rejiminə keçir
Metropoliten qış rejiminə keçir
«Bakı Metropoliteni»ndə növbəti dəyişiklik
Bakı Metropoliteni qapıları açmağa tələsmir
Pərakəndə xidmətlər və idarələr bir çatı altında işləyəcək
QSC-nin nəzdində yeni mərkəz yaradılır
«Bakı Metropoliteni»n vaqonları «anadangəlmə» etdirilir
QSC-nin tabeçiliyində 10 idarə və 11 təşkilat var
Artur Rəsizadə «Bakı Metropoliteni» haqda qərar verdi
Metropolitendə əlavə ştat açılıb
Sərnişinlərin sayı 300 min nəfər azalıb
«Bakı Metropoliteni» rəisi stansiyaları gəzib və qatarlararası intervalı yoxlayıb
Vaqonda tüstülənmə olub və sərnişinlər dərhal evakuasiya edilib, metropoliten rəsmi açıqlama yaydı
Zaur Hüseynov sənədi Nazirlər Kabinetinə göndərdi
Bakı metrosunun yeni rəhbərliyi planlarını açıqladı
Bakı Metropoliteninin Bilgəh sanatoriyası istifadəyə hazırlanır
«Zaur Hüseynovun birinci vəzifəsi...»
«Metropoliten» Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Hüseynov fəaliyyətə başlayandan bir sıra yeniliklərə imza atıb. Metro keçidlərində alış-verişi qadağan edən sədr bu dəfə işçilərinin maaş problemini önə çəkib.
Bu barədə azvision.az-a Metropoliten işçiləri məlumat veriblər. Onların sözlərinə görə, Z.Hüseynov keçirdiyi iclasların birində işçilərin maaşla bağlı müraciətlərinə toxunaraq bu məsələsinin onun diqqətində olduğunu deyib.
Metropoliten rəisi işçilərinin əməkhaqqılarının yüksək olmasını istədiyini qeyd edib.
Metro işçilərinin bildirdiyinə görə, maaş məsələsi ilə bağlı yuxarı dairələrlə məsləhətləşmələr aparılır. Ehtimal edilir ki, yaxın vaxtlarda metro işçilərinin əməkhaqqıları artırılacaq.
Qurumun mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva isə bu məsələdən xəbərsiz olduğunu deyib: «Bu haqda heç bir məlumata malik deyiləm. Bu haqda bizdə rəsmi məlumat yoxdur».