vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
CƏMİYYƏT  
Zaur Hüseynov reydə çıxdı 10:00 | 19 may 2014 | Bazar ertəsi Məqaləyə 2447 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zaur Hüseynov reydə çıxdı

«Bakı Metropoliteni» rəisi stansiyaları gəzib və qatarlararası intervalı yoxlayıb

Nihadə EYYUBOVA

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bakı Metropoliteni» QSC-nin rəisi Zaur Hüseynov təyinatından sonra ilk dəfə metroda görünüb. AzVision.az-ın əməkdaşının verdiyi məlumata görə, metropoliten rəisi bu gün səhər saatlarında «Elmlər Akademiyası» stansiyasında platformada dayanaraq qatarların hərəkətini izləyib, hərəkət qrafikini yoxlayıb.

Metropolitenin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Z.Hüseynov hər gün metronun hərəkətinə nəzarət edir.

«Bu ilk dəfə deyil ki, Zaur Hüseynov metroda görünür. O, hər gün platformalarda olur, depoya gedir, oradakı işlərlə tanış olur. İclaslar müşavirələr keçirir. Zaur Hüseynov təmir gedən yerlərlə tanış olur. Yəni burda qeyri adi heç nə ola bilməz. Metropolitenin rəisi metroda olmalıdır».