Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
09:39 | 22 fevral 2025 | Şənbə
Məqaləyə 308 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiya Ukrayna münaqişəsinin həlli çərçivəsində 300 milyard dollar dəyərində dondurulmuş aktivlərdən imtina edəcəyi barədə nüanslar çıxıb. Moskva bu vəsaitin bir hissəsinin onun nəzarətində olan ərazilərin bərpasına yönəldilməsində israr edəcəyi bəllidir.
“Reuters”in Kremldəki mənbəyə yaxın şəxsin məlumatına görə, Avropa İttifaqı 2024-cü ilin may ayında Rusiyanın dondurulmuş aktivlərini geri qaytarmamaq barədə qərar versə də, Rusiya bu aktivlərin bloklanmasının ləğvini sanksiyaların yumşaldılması çərçivəsində tələb edəcək.
“Bundan əvvəl Rusiyanın dondurulmuş vəsaitlərin Ukraynanın bərpasına yönəldilməsinə razı ola biləcəyi barədə məlumat verilməmişdi. Bu, Moskvanın hansı kompromislərə hazır olduğunu göstərir”, – nəşr yazır.
Rusiya rəsmiləri dəfələrlə xəbərdarlıq ediblər ki, dövlət səviyyəsində aktivlərin müsadirəsi azad bazar prinsiplərinə ziddir, bank təhlükəsizliyini sarsıdır və ehtiyat valyutalara inamı zəiflədir.
“Reuters”in məlumatına görə, Rusiyanın döyüşlərin dayandırılması üçün əsas tələbləri Kiyev qoşunlarının Moskvanın iddia etdiyi ərazilərdən çıxarılması və Ukraynanın NATO-ya qoşulmaq niyyətindən imtina etməsidir. Digər tərəfdən, Ukrayna Rusiya qoşunlarının dünya və BMT tərəfindən tanınan ərazilərindən tamamilə çıxarılmasını və Qərb ölkələrindən təhlükəsizlik zəmanəti tələb edir. Tramp administrasiyası isə Ukraynanın bu haqlı tələblərini “reallıqdan uzaq” və “xəyali” hesab edir.
“Reuters” qeyd edir ki, Rusiyanın dondurulmuş aktivlərinin istifadəsi məsələsinin Rusiya və ABŞ nümayəndələri arasında Səudiyyə Ərəbistanında keçirilən görüşdə müzakirə olunub-olunmadığını müəyyənləşdirmək mümkün olmayıb.