vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 1 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
G20-də Ukrayna gündəmi 09:55 | 22 fevral 2025 | Şənbə Məqaləyə 155 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

G20-də Ukrayna gündəmi

“Danışıqlarda bütün maraqlı tərəflər iştirak etməlidir”

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

“Böyük iyirmilərin” (G20) xarici işlər nazirlərinin Cənubi Afrika Respublikasının Keytapun şəhərində keçirilən görüşündə Rusiya-Ukrayna müharibəsi əsas müzakirə mövzularından biri olub. “Reuters” agentliyinin məlumatına görə, Pekin ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini dayandırmaq məqsədilə irəli sürdüyü təşəbbüsü dəstəkləyib. Halbuki, Avropa ölkələri Trampın təşəbbüslərini Avropa və Ukrayna üçün təhlükəli hesab edirlər. Buna baxmayaraq, Çinin xarici işlər naziri Van Yi Keyptaundakı çıxışında Rusiya-Ukrayna müharibəsinin dayandırılmasının vacibliyini bildirib. “ABŞ-la Rusiya arasında əldə olunan konsensusu dəstəkləyirik” deyən Van Yi bir müddət əvvəl Münhen Təhlükəsizlik Konfransında söylədiyi fikirləri burada da təkralayıb: “Danışıqlarda bütün maraqlı tərəflər iştirak etməlidirlər”.

Beləliklə, Pekin ABŞ-Rusiya diplomatları arasında aparılan danışıqları diqqətlə izləyir. Pekin hansısa mərhələdə danışıqlarda iştirak etmək istəyir. Birincisi, Pekin ABŞ-la Rusiya arasında razılaşmanın Çinin maraqlarına cavab verməyəcəyindən narahat olduğuna görə prosesin içində olmaq istəyir. İkincisi, Çin müharibədən sonra Ukraynanın yenidən qurulmasında, tikinti və bərpa işlərində iştirak etmək istəyir. Bununla Çin Ukraynada mövqelərini gücləndirməyə çalışacaq. Kiyev bunun əleyhinə deyil.   

Buna baxmayaraq, hələ ki, Ukrayna ətrafında cərəyan edən proseslərdə və danışıqlarda Çinin iştirakından söhbət getmir. Pekin özü də hələ tələsmir. Çünki, Çin hakimiyyəti Donald Trampın planının nədən ibarət olduğunu özü üçün tam müəyyənləşdirməyib. Tramp özü də Çinin bu proseslərə qarışmasını istəmir. Ağ Ev sahibinin Kremllə Ukrayna ilə bağlı razılaşma əldə etməsinin əsas məqsədlərindən biri Rusiya-Çin ittifaqını zəiflətməkdir. Pekin də bundan narahatdır. Rusiya Prezidenti Vladimir Putin Pekinin narahatlığını azaltmaq məqsədilə Səudiyyə Ərəbistanındakı danışıqlar barədə Çin lideri Si Cinpini telefonla məlumatlandırıb. Buna baxmayaraq, Si Cinpin gedişatdan narahatdır. ABŞ-ın “CNN” televiziya kanalı Trampın təşəbbüslərinin illərdir formalaşan Pekin-Moskva ittifaqına mənfi təsir edəcəyinə dair geniş reportaj yayımlayıb. Belə görünür ki, Pekinin Moskvanın siyasətindən şübhəsi yaranıb. Trampa da elə bu lazımdır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)