Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
17:38 | 10 aprel 2014 | Cümə axşamı
Məqaləyə 1306 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Avropada satılan məhsullar geri çağırılır
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Lüksemburqdan seçilmiş avroparlamentari, inkişaf komitəsinin və insan hüquqları alt-komitəsinin üzvü Şarl Qurens (Charles Goerens) Ukraynadakı son hadisələrlə bağlı suallarımızı cavablandırıb.
- Bildiyiniz kimi, son günlər ərzində Ukraynanın cənub-şərqində qarşıdurmalar yaşanıb və separatçı nümayişçilər dövlət binalarını ələ keçirib. Sizcə, Avropa İttifaqı (Aİ) bu hadisələrlə bağlı daha konkret addımlar atmalı deyilmi?
- Düşünürəm ki, Avropa diplomatiyasını səfərbər etmək və gərginliyi aşağı salmaq lazımdır. İndi ən əsası dialoqun mümkün olması üçün qarşıdurmaların qarşısını almaq və Helsinki yekun aktının bu gün hələ də qüvvədə olması ilə bağlı sual qaldırmaqdır. Əminəm ki, dünya siyasətçilərinin böyük əksəriyyəti bu razılığa daxil olan ərazi bütövlüyü prinsipinin qüvvədə qalması üçün kifayət qədər xoşniyyətli və ağıllıdırlar.
Biz çox daha mürəkkəb mühitdə razılıq əldə etməyə nail olmuşuq. Bu gün dialoq yaradaraq razılıq tapmaq bizim borcumuzdur. Təəssüf ki, son danışıqlar heç bir nəticə vermir. Buna görə mən ən yüksək səviyyəli danışıqların aparılmasının tərəfdarıyam və onların müsbət nəticə verəcəyinə ümid edirəm.
- Sizcə, Avropa İttifaqı xarici siyasətində qarşı tərəfin Rusiyanı dəstəkləməsini nəzərə almalıdırmı?
- Avropanın ən kiçik ölkələrindən birinin təmsilçisi kimi, siz məndən yalnız Helsinki yekun aktına daxil olan hüquqi prinsiplərin toxunulmaz olduğundan və istisnasız olaraq bütün dövlətlərin bu prinsiplərə riayət etməsinin məcburiliyindən başqa heç nə eşidə bilməzsiniz.
Mən heç bir ölkənin adını çəkmək istəmirəm, ancaq çox böyük təəccüb və təəssüf hissi ilə daha böyük ölkələrin necə asanlıqla hər şeyi geosiyasi və təbii ki geostrateji nöqteyi-nəzərdən görmələrini müşahidə edirəm.
İndiki durumda suveren bərabərlik bütün digər faktorlardan üstün tutulmalıdır.