Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
15:31 | 10 aprel 2014 | Cümə axşamı
Məqaləyə 3097 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Müharibə xərcləri ölkəni iflasa aparır
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Rusiya prezidenti Vladimir Putin «Qazprom»u Ukraynanı qaz borcunu ödəməsi ilə bağlı tələsdirməməyə çağırıb. O bildirib ki, «Qazprom» Ukrayna hökumətindən qabaqcadan pul ödənişi tələblərinin yerinə Ukrayna müvəqqəti hökuməti ilə məsləhətləşməlidir. Bu barədə «İnternational Business Times» məlumat verib.
«Ukraynadakı mürəkkəb vəziyyəti və Aİ ilə danışıqlarımızın başa çatmadığını nəzərə alaraq, mən «Qazprom»u və hökuməti bu qərarı təxirə salmağa çağırıram», - Putin deyib.
Eyni zamanda, baş nazir Dmitri Medvedyev hökumət iclasında ««Qazprom»un Ukrayna hökuməti ilə danışıqlara yenidən baxmasına və qabaqcadan ödəniş sisteminə keçməsinə əsas var», - şəklində mübahisəli təklif verib.
Fevral ayı sabiq Ukrayna prezidenti Viktor Yanukoviçin vəzifədən kənarlaşdırılmasından sonra Rusiya ilə Qərb arasında münasibətlər pisləşib. Rusiyanın mart ayında mübahisəli referendumundan sonra Krımın anneksasiyası münasibətləri bir az da gərginləşdirib.
Qeyd edək ki, Aİ və ABŞ buna Kremllə əlaqəsi olan bir neçə şəxsə iqtisadi sanksiya qoyaraq cavab verib. Bundan sonra «Qazprom» Kiyevi borcunu ödəməyə tələsdirib.
O vaxtdan bəri 2.2 milyard dollarlıq borc (1.3 milyard avro) və Kiyevin təbii qaz üçün ödədiyi məbləğlə bağlı gərgin mübahisələr başlayıb.
Kiyevə təbii qazın qiyməti ötən həftə 2 dəfə artaraq, 10000 kub metr üçün 485 dollara qalxıb. Ukraynanın müvəqqəti baş naziri Arseniy Yatsenyuk bu addımı «iqtisadi təcavüz» və «siyasi qiymətlər» kimi pisləyib.
Xatırladaq ki, «Qazprom» Kiyevə 2.2 milyard dollarlıq borcunu ödəməsi üçün aprelin 7-i gecə yarısına qədər vaxt verib. Son müddətə qədər heç bir ödəniş edilməyib. O vaxtdan bəri buna münasibət bildirən ilk Rusiya rəsmisi Putin olub.