
Varislərin miras davası
İlham Rəhimovun Ruhiyə qayıdışı, nigahdankənar uşaqlar və milyardlarla dollarlıq varidat...
İlham Rəhimovun Ruhiyə qayıdışı, nigahdankənar uşaqlar və milyardlarla dollarlıq varidat...
İlham Rəhimovun Ruhi il barıması ilginc proseslərin başladacağı ehtimalını gücləndirir
Öz ərizəsi ilə…?
159 kitab, 9 jurnal müsadirə olunub
Buxur yandırmaqla, mal əti yeməməklə elitar insan olmağın nə əlaqəsi var axı?
Nadir Bədəlov telekanallardan narazılıq etdi
... və ya İlham Əliyev namərd mərdiyevlərlə necə davransın
«Faydalı axmaqlar» rolunda çıxış edən «beşinci kolon» bütöv ordudan da yaxşı işləyir
Rəbiyyət Aslanova oğlu haqda MTN-ə müraciət etdi
Məmurlar bu qərarın dəyişdirilməsinin «imkanları xaricində» olduğunu bildiriblər
Nazirlik şagird və müəllimlərlə bağlı işçi qrup yaradılıb
Azərbaycandakı bütün «Araz» kursları bağlandı
Gun.az Baimovun adından çıxdı, News.az isə Anar Məmmədovun nəzarətinə keçdi
Nazirlik yataqxananın müqaviləsini uzatmadı
«Elnur Aslanovla Elşad İsgəndərovun nurçularla birgə layihələri vardı»
«Nurçular» komandasından daha bir nəfər vuruldu
Azərbaycanda telekanalın bağlanma xəbəri yayılıb. Milli.Az-a daxil olan məlumata görə, Yurd TV internet televiziyası fəaliyyətini dayandırıb. Bu barədə qərar dünən axşam saatlarında qəbul olunub.
«Yurd TV»-nin Xəbərlər departamentinin rəhbəri Səadət Məmmədova açıqlama verərək bildirib ki, televiziyanın fəaliyyətinin dayandırılması ilə bağlı əməkdaşlara heç bir rəsmi məlumat verilməyib.
«Hazırda bütün əməkdaşlar işdədirlər», - o əlavə edib.
«Yurd TV»-nin adının çəkilməsini istəməyən əməkdaşı Movqe.az-a bildirib ki, dünən axşam TV-nin bütün əmlakı siyahıya alınaraq maşına yığılaraq aparılıb. Onlara isə bildirilib ki, internet tv «Region TV»-yə birləşdirilir: «Bizim 10 günlük maaşımızı bu gün verəcəklər. İşçilərdən çoxu regiontv-yə götürüləcək. Amma deyirlər, ixtisarlar da olacaq».
Həmçinin «Yurd TV»nin əməkdaşı iki aya qədər «Region TV»-nin internet telekanalı kimi yox, telekanal kimi fəaliyyətə başlayacağını da söyləyib.
Onu da bildirək ki, «Yurd TV» bu yaxınlarda Prezident Administrasiyasındakı yüksək vəzifəsindən çıxarılan Elnur Aslanova məxsus media quruluşlarındandır.