
Fransa küçələri savaş meydanına dönüb
Mağazaya və restorana avtomatla basqın, həbsxanaların güllə-baran edilir, maşınlar yandırılır
Mağazaya və restorana avtomatla basqın, həbsxanaların güllə-baran edilir, maşınlar yandırılır
Məhbusun orta hesabla gündəlik saxlanma xərci bir qurumda 105, nazirlikdə isə 130 avro göstərilir
Ən yüksək ölüm nisbəti olan bölgələrdə əsas problem sosial bərabərsizlikdir
Cəzaçəkmə müəssisələrində yer qalmayıb, məhbuslar yerdə yatır
Fransa Əlcəzair konsulluq və diplomatik şəbəkəsinin 12 əməkdaşını ölkədən çıxarır
Makron hökuməti rəsmən pul dilənir
Baş nazirdən Fransa xalqına çağırış: “Çətin vəziyyətdəyik, ...”
Klemon şəhərinin meri üsyan edib
Eyni vaxtda baş verən əməliyyatlarda avtomobillər yandırılıb, avtomatlarla atəş açılıb
Afina çoxqatlı müdafiə günbəzini gücəndirir
Ən adi siyasi anlayışı olmayan Fransalı nazir şəxsi mənfəət üçün çirkli işlərə qarışıb
Qiymətlər 120 min avrodan başlayır
Cinayətkarların ən çox sevdiyi modellər, rənglər, hətta şəhərlər var
Əlcəzair Fransa arasında diplomatik insident – 12 diplomat deportasiya ediləcək
Mübahisəli siyasətçidən diqqəti çəkən Üçüncü Dünya müharibəsi iddiası
Fransada 39 milyon ev sahibinə yeni öhdəliklər gətirildi
İstintaqın məlumatına görə, ayının öldürüldüyü yer ov ərazisindən 400 metr kənarda olub.
Pireneylərdə ona hücum edən nəsli kəsilməkdə olan ayını öldürməkdə ittiham olunan 81 yaşlı fransız ovçu məhkəmə qarşısına çıxıb. Pireneylərdə yaşayan qəhvəyi ayılar qorunan növlər sırasındadır.
Andre Rives çöl donuzu ovlayarkən “Karamelle” adlı dişi ayının hücumuna məruz qalıb.
20 noyabr 2021-ci ildə iki ayı balası qəfildən Rivsin qarşısında peyda oldu. Az sonra anası peyda olub, ona tərəf qaçıb və bir neçə metr sürüyüb. Rives silahından atəş açıb və ayını öldürüb.
Hücum zamanı ayağından yaralanan və şok keçirən Rivsin qanı yanındakı ovçu tərəfindən dayandırılıb və helikopterlə xəstəxanaya aparılıb.
İstintaqın məlumatına görə, ayının öldürüldüyü yer ov ərazisindən 400 metr kənarda olub.
Hadisə Aryej bölgəsində böyük səs-küy yaradıb. Ovçular Rivsə dəstək üçün etiraz aksiyaları keçiriblər.
“Bu, ayı əleyhinə və ya ayı tərəfdarı davası deyil” deyən sədrlik edən hakim Sun Yung Lazare, Rivesin “qorunan növü məhv etmək” üçün mühakimə olunduğunu qeyd etdi.
Rives məhkəmədə bildirib ki, ayı balalarını görəndə “qorxuya düşüb”: “Mən sadəcə olaraq əyildim, sonra onların anası məni gördü. Göz təması qurduq və o, mənə tərəf qaçdı”.
Özünü müdafiə etməkdən başqa çarəsi olmadığını bildirən Rives hücumu belə izah edib: “Sol ayağımdan tutdu, panikaya düşdüm və atəş açdım. Geri çəkildi, nərildədi, mənə tərəf şütüyüb sağ baldırımı dişlədi. Yerə yıxıldım, ayağımı yeyirdi. Silahımı yenidən doldurdum və yenidən atəş açdım”.
Eyni ovda olan daha 15 ovçu müxtəlif ittihamlarla, o cümlədən Mont Valier təbiət qoruğunda ov etməkdə ittiham olunurlar. Bu, Pireneydəki ən qədim qorunan ərazilərdən biri kimi tanınır.
İşə 20-yə yaxın ətraf mühit təşkilatı müdaxilə edib.
Yerli ov federasiyasının rəhbəri Jan-Lyuk Fernandes deyib ki, Rives özünümüdafiə məqsədi ilə ayını öldürüb: “O, vurdu. O nə etməli idi? Ayının onu öldürməsinə icazə verməlidirmi? O, sağ qalmağa çalışıb”.
Ovçular qoruğun sərhədlərinin dəqiq qeyd olunmadığını da iddia edirdilər.
Prokuror Olivier Mouysset isə bu iddianı rədd edərək, “Ovçunun ən əsas vəzifəsi harada ov etdiyini bilməkdir” dedi.
Ekoloqlar Rivesin özünü müdafiə etdiyinə dair iddiasını rədd edirlər.
“Bir sıra qanun pozuntuları ilə Karamellesin ölümünə səbəb olan biri həqiqətən də zərurət vəziyyətindən danışa bilərmi?” – deyə soruşdu.
Heyvan hüquqları müdafiəçiləri ayıların insan fəaliyyəti və iqlim böhranı təhlükəsi altında olan dağ ekosisteminin qorunmasında mühüm rol oynadığını iddia edirlər.
2023-cü ilin hesablamalarına görə, hazırda Pireneylərdə 80-dən çox ayı var.
1990-cı illərdə Fransanın Sloveniyadan ayı idxal etdiyi zaman reintroduksiya proqramı başlamazdan əvvəl bölgədə ayılar demək olar ki, tamamilə məhv edilib.
Lakin ayıların olması onların mal-qaraları üçün təhlükə yaratdığını deyən fermerlər arasında artan gərginlik yaradır.
Bəzi ətraf mühit birliklərinin hüquqşünası Culi Rover, bu işin bir mesaj göndərmək məqsədi daşıdığını söylədi.
Məhkəmənin bu həftə ərzində davam edəcəyi gözlənilir.