
Qaluzinin “mühüm işləri”
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Türkiyə TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir
Proses hara gedir, Azərbaycan nə istəyir?
Seçim Moskvanındır!
İranın Azərbaycana qarşı siyasəti
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
... və ya “dil pəhləvan”ın yeni macəraları
Kreml Ukraynaya vurduğu damğanı Azərbaycana da yönəltmək istəyir
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Son dövrlər qardaş Türkiyədən bir sıra jurnalistlərin Ermənistana səfəri və bu səfər zamanı edilən açıqlamalar Azərbaycan ictimaiyyətində haqlı olaraq qəzəb doğurub. Türkiyə mediasının bəzi nümayəndələrinin Paşinyan hakimiyyətinin yalançı propaqandasına tribuna yaratması nəinki qınanmalıdır, həm də sərt şəkildə pislənməlidir.
Türkiyə jurnalistlərinin Ermənistana səfəri zamanı baş verənlər açıq şəkildə qərəzli və təxribat xarakterli idi. Türkiyənin aparıcı media qurumlarından olan CNN Türk kanalının və dövlətin rəsmi kanalı sayılan “TRT World” nümayəndələrinin bu səfərdə iştirak etməsi xüsusilə diqqətçəkicidir.
Səfərdə iştirak etmiş “CNN Türk” kanalının sahibi Dəmirörən qrupunun Azərbaycanda geniş iqtisadi maraqları var. Bu şirkət lotereya biznesi də daxil olmaqla, müxtəlif sahələrdə Azərbaycanda fəaliyyət göstərir və böyük gəlir əldə edir. Lakin eyni Dəmirörən qrupunun rəhbərlik etdiyi media orqanının Ermənistanın baş naziri Nikol Paşinyanın propaqandasına tribuna çevrilməsi təkcə xəyanət deyil, həm də qardaş ölkənin strateji maraqlarına zərbədir.
Azərbaycanda qazandığı pulla Ermənistanın yalanlarına xidmət etmək açıq-aşkar riyakarlıq və satqınlıqdır.
Azərbaycan mediası Şimali Kiprdə dəfələrlə reportajlar hazırlayıb, yerli rəhbərlikdən müsahibələr alıb. Azərbaycan mediasının Yunan Kiprində oxşar addım atdığını təsəvvür edək. Bu, qardaş Türkiyənin siyasi maraqlarına açıq təxribat olardı və Ankaranın buna sərt reaksiya verməsi qaçılmaz idi. Elə isə niyə Türkiyə mediasının bəzi təmsilçiləri eyni xəyanətkar addımı Azərbaycana qarşı atır?
Daha acınacaqlısı isə dövlət kanalı olan “TRT World”un bu prosesə qoşulmasıdır. “TRT World” təkcə Türkiyə deyil, bütün Türk dünyasının səsini dünyaya çatdırmalı olan bir media qurumudur. Bu kanalın Ermənistan səfərində iştirakı və Paşinyan hakimiyyətinin mövqeyini dünyaya yayması Türkiyə dövlətinin rəsmi siyasətinə qarşı çıxmaq deməkdir.
Türkiyə-Ermənistan sərhədində humanitar məqsədlə müvəqqəti keçid məntəqəsinin açılması xəbərləri də səfərlə paralel yayılıb. Bunun arxasında duran məqsədlər isə qaranlıqdır. Bu hadisə Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlığı pozmağa yönəlmiş yeni təxribat planının bir hissəsidir. Belə bir keçid məntəqəsinin açılması nə üçün zərurətə çevrilib? Zəngəzur dəhlizi tam açılmamış Türkiyə-Ermənistan sərhədində belə bir “dəhliz”in yaradılması nəyə xidmət edir?
Bu hadisələrin arxasında Ermənistana simpatiya bəsləyən və “hepimiz ermeniyiz” deyə qışqıran satqın çevrələrin dayandığı şübhə doğurmur. Bu cür təxribatçı dairələr Azərbaycanın haqq davasına kölgə salmaq, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan möhkəm münasibətləri sarsıtmaq üçün əllərindən gələni edirlər.
Azərbaycan və Türkiyə qardaşlığının sarsılmaz təməlləri var. İki ölkənin strateji ittifaqına qarşı yönəlmiş bu cür xain addımlar nəinki yolverilməzdir, həm də sərt şəkildə ifşa edilməlidir. Ermənistanın yalançı propaqandasına tribuna verənlər, Paşinyan hakimiyyətinə haqq qazandıranlar Azərbaycan xalqının qəzəbindən yayınmayacaq. Hər kəs bilməlidir ki, bu cür satqınlıqlar nə Azərbaycanın haqq mübarizəsini, nə də Türkiyə-Azərbaycan qardaşlığını zəiflədə biləcək.
Türkiyə mediasının məsuliyyətli nümayəndələri bu cür səfərlərə qatılan həmkarlarını ifşa etməli və Azərbaycan-Türkiyə qardaşlığına qarşı edilən bu xain addımların cavabını verməlidirlər.
Ümumiyyətlə, Zəngəzur dəhlizi açılıbmı ki, Türkiyədən də belə “dəhliz” açılır?