

Qarğalar ortalama 7 yaşındakı uşağın zəka ölçüsünə sahib ağıllı heyvanlardır. 300 il də yaşamaqları isə mifdir. Onlar ortalama 40-70 il civarı yaşayırlar və müəyyən yaş həddinə çatdıqda qocalmırlar. Qarğalarda həmçinin hipofiz vəziləri də olur. Boyunları 180 dərəcə dönə bilir, bir zürafə boynunda olandan daha çoxuna fəqərələri var. Güclü və mürəkkəb sinir sistemi yaddaşlarını daima aktiv saxlayır. Qarğaların kinli, güclü yaddaşlı və zəkalı olurlar. Məsələn dimdiyi çatmayan su ilə yarımçıq olan stəkana daş töküb, daşırdıb içirlər. Bəs onlar nə qədər müddət kin saxlaya bilərlər?
Bu sualı başqaları da verib və cavabı tapmaq üçün uzun illər boyunca araşdırma aparıblar. Professor Con Marzluff və komandasının 53 qarğa üzərində apardığı araşdırmada onların 17 il boyunca kin saxlaya bildikləri məlum olub. Tədqiqatda xüsusi maskalardan istifadə olunub. 53 qarğadan 47-si çox sərt formada öz kinini nümayiş etdirməyə çalışıb.
Əvvəlki araşdırmalar isə göstərir ki, onlar saya bilir, hətta alət düzəltməyi bacarırlar. Hündürdən qoz-fındıq ataraq qırmaqları, böcəkləri ağac qabığından çıxarmaq üçün çubuqlardan istifadə etməkləri, əlçatmaz yerlər üçün budaqlardan qarmaq düzəltməkləri bu canlıların nə qədər zəkalı olduğunu göstərir. Təhlükəni səs və hərəkət ilə fərqləndirib bir saniyə ərzində qərar verə bilirlər.
Əla yaddaşları və zəkalarından əlavə, qarğalar yüksək idrak qabiliyyətinə sahibdirlər və mürəkkəb sosial strukturları var. Onlar sıx ailə qrupları halında yaşayır və mürəkkəb emosional həyatlarının olduğunu göstərən davranışlar nümayiş etdirirlər. Məsələn, müşahidələrə görə, qarğalar ailənin ölən üzvləri üçün “dəfn mərasimləri” keçirirlər. Bir sürüdə 100-500 qarğa olur. Həmişə ağaclarda, dağ yamaclarında yaşayırlar. Yaxşı inşaat qabiliyyətləri var. Yuvaları qışda isti, yayda sərin olur.
Onların ünsiyyət sistemi də çox mürəkkəbdir. Bu ünsiyyət təkcə təhlükə barədə xəbərdarlıq etməklə məhdudlaşmır. Qarğalar qida mənbələri haqqında məlumat paylaşır və hətta yırtıcılardan qorunmaq üçün ittifaqlar qururlar. Fərqli səslər və hətta regional ləhcələrə malikdirlər. 6-15 db səsə kimi səs temperləri də olur, öz aralarında danışa, cütləşə bilirlər, həm də öz partnyoruna sadiq olurlar. Mədələri mədə şirəsi və qarışqa turşusu ifraz etdiyi üçün mədə bağırsaq xəstəliklərinə, xərçəngə yoluxmurlar. 7 rəngin hamısını görə və seçə bilirlər. Bir qarğa gecə vaxt üfüq xətti boyunca, düzən yerdə 10 km-ə kimi məsafəni görə bilir. Ürəkləri saniyədə 10 dəfə döyünür, uçarkən bu 20-yə kimi qalxır, güclü ürək qan damar sistemi mövcuddur. Qarğalar həmçinin oksigensiz mühitdə də yaşayıb adaptasiya ola bilirlər. Qalın piy qatı, sıx tükləri onları hər cürə günəş və kimyəvi şualanmadan da qoruyurlar.
İnsandan xoş niyyət görəndə təmas da qura bilirlər, bəzən siqaret də çəkirlər, tüstünü burun və köməkçi qulaqdan çıxardırlar.