Almaniya-Fransa ortaqlığı bitdi
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
13:10 | 1 aprel 2025 | Çərşənbə axşamı
Məqaləyə 475 dəfə baxılıb
Şriftin ölçüsü
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Sahibkarlar saatbaşı ödənişin 12,31 avroya çatmasından narazıdır
Qəbir yerləri azaldığı üçün kremasiya sürətlə yayılır
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Parisdə lüks mağaza qarət olundu
Qanunsuz miqrantlarla evlilik mübahisələri böyüyür
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
Fransanın ifrat sağçı siyasətçilərindən olan Marin Le Penin həbs cəzası və siyasi qadağadan sonra Türkiyədə məskunlaşmaq qərarına gəldiyi iddiası böyük səs-küyə səbəb olub. Le Penin qərarını qardaşı da təsdiqləyib.
Məhkəmə tərəfindən 4 il həbs və 5 il siyasi qadağaya məhkum edilən Le Penin apelyasiya prosesi davam edərkən Türkiyəyə köçəcəyi iddiası siyasi dairələrdə böyük əks-səda doğurub.
“Rassemblement National” (RN – Milli Birlik) partiyasındakı mənbələrdən alınan məlumata görə, Le Penin Antalyada bacısı Karolaynaya məxsus villaya köçəcəyi təsdiqlənib.
Türkiyədən apelyasiya prosesini izləyəcək Le Penin əvvəlcə Antalyada 1 il qalmağı planlaşdırdığı, prosesin uzanmasından asılı olaraq bu müddətin 5 il və ya daha çox uzana biləcəyi bildirilir.
Məlumdur ki, siyasətə gəlməmişdən əvvəl vəkil işləyən Marin Le Penin keçmiş hüquq firmasında türkiyəli ortağı olub. Onun uşaqlığını keçirdiyi və ailəsinə məxsus olan Brittani bölgəsindəki qalaya bənzər malikanəni ötən il türk iş adamına satdığı da məlum olub.
Le Pen ailəsinin Türkiyədə investisiya məsləhətçiliyi və daşınmaz əmlak şirkətlərində eyni iş adamı ilə gizli ortaqlıqları olduğu iddiaları da var.