Rusların Serbiya qapısı da bağlanır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
07:55 | 5 aprel 2025 | Şənbə
Məqaləyə 287 dəfə baxılıb
Şriftin ölçüsü
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Avropada yeni enerji qərarı qüvvəyə minir
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Avropada satılan ərzaq məhsullarında qadağan olunmuş pestisidlər aşkarlanıb
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
Daha bir Avropa ölkəsində 72 saatlıq böhran ehtiyatı xəbərdarlığı
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Yanğın riski səbəbilə 210 mindən çox avtomobil geri çağırılır
Avropa Birliyi yeni gömrük qaydaları hazırlayır
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Aprelin 4-də keçiriləcək Avropa Birliyi (AB) – Mərkəzi Asiya sammiti öncəsi martın 27-də Xarici İşlər Nazirlərinin hazırlıq görüşü keçirilib. Görüşün nəticəsi kimi bəyannamə qəbul edilib.
Bəyannamə olduqca hərtərəflidir. Burada demək olar ki, bütün əsas sahələr əhatə olunub:
– Regionlararası siyasi dialoq öz əksini tapıb;
– İqtisadiyyat, ticarət və investisiyalara geniş yer verilib;
– Energetika və iqlim mövzusu ayrıca vurğulanıb;
– Təhlükəsizlik problemlərinə ortaq baxış müəyyənləşdirilib;
– Mərkəzi Asiya və AB arasında humanitar sfera genişləndirilib;
– Əfqanıstanla bağlı xüsusi bölmə yer alıb.
Maraqlı məqamlardan Transxəzər nəqliyyat marşrutuna tam dəstək, eləcə də AB və özəl maliyyə institutlarının 10 milyard dollaradək investisiya niyyətini qeyd etmək olar.
Regionumuz bir dəfə, yalnız bu kontekstdə qeyd edilib: “Onlar həmçinin regional ticarətin və fasiləsiz logistikanın təmin edilməsi məqsədilə nəqliyyat infrastrukturunun inkişafı üzrə dinc Cənubi Qafqazla əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar”.
Aydındır ki, “dinc” sözü Avropa diplomatları tərəfindən əlavə edilib.
Onsuz da Cənubi Qafqazla bütün əlaqələr Azərbaycan vasitəsilə həyata keçirilir, daha sonrakı istiqamət isə mövcud infrastrukturdan asılıdır. Hal-hazırda və yaxın illər üçün bu Gürcüstan infrastrukturudur. Daha sonra isə Azərbaycan, İran və Türkiyə ərazisindən keçəcək Turan dəhlizi vasitəsilə mümkündür.
Nəticələr:
– AB Mərkəzi Asiya ilə münasibətlərə sistemli yanaşır, ayrı-ayrı ölkələrlə yeni müqavilələr imzalamaq niyyətindədir;
– AB-də regional formatda sammitlər keçirən yeganə ölkə Almaniyadır. Ona görə də Mərkəzi Asiya istiqaməti üzrə liderliyin məhz Berlində olacağını güman etmək olar;
– Kritik faydalı qazıntılar mövzusu vurğulanıb ki, bu da təhlükəsiz daşınma və sığortanı şərtləndirir;
– AB-nin Rusiya ilə münasibətləri bərpa etmək niyyətində olmadığını nəzərə alsaq, Mərkəzi Asiya ilə AB arasındakı strateji tərəfdaşlıqda Cənubi Qafqaz regionu, xüsusilə Azərbaycan və Gürcüstanın iştirakı qaçılmazdır;
– Xatırladaq ki, Azərbaycan Prezidenti Mərkəzi Asiya liderlərinin Məşvərət görüşlərinin iştirakçısıdır. Gürcüstanın Baş naziri isə martın ortalarında Mərkəzi Asiya ölkələrinə bır sıra səfərlər edib.