Neft bahalaşdı
ABŞ-ın sanksiyaları qara qızılın qiymətlərinə ciddi təsir göstərib
17:12 | 5 aprel 2025 | Şənbə
Məqaləyə 151 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ-ın sanksiyaları qara qızılın qiymətlərinə ciddi təsir göstərib
ABŞ-da neft və benzin ehtiyatları azalması qiymətlərə təsir etdi
“Goldman Sachs” 2026-cı ildə 52 dollarlıq proqnoz verdi
ABŞ-la Çin arasındakı ticarət savaşında qara qızıl zərbə alır
Tramp–Putin görüşməsi bazarları sarsıtdı
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
Hindistanın “ətəyindəki daşı tökməsi” qara qızıla nəfəs aldırtdı
ABŞ–Çin ticarət gərginliyi və artan təklif qorxusu neft qiymətlərini aşağı salır
Qara qızılın qiymətlərində iyul ayından bəri ən böyük həftəlik ucuzlaşma baş verib
OPEC+ artımı ilə bağlı narahatlıqlar fonunda qiymətlərdə kəskin ucuzlaşma gözlənilir
Birjalarda nəzərlər OPEC+ toplantısına çevrilib
OPEC+ istehsal artımı gözlənilir
Enerji nəhəngi Meksika körfəzinə əlavə sərmayə yatıracaq
İraqın qara qızıl ixracını bərpası bazarlara təsir etdi
Tramp neft ölkələri təşkilatına təzyiq edir
Neft Rusiyanın məhdudiyyətləri ilə bahalaşır
Qlobal neft bazarlarında müşahidə edilən təklif artımları ayaqlaşmaqda çətinlik çəkən tələb səbəbiylə aprelin ilk həftəsini 9 faizdən çox itki ilə bağlayan “Brent” markalı neftin barel qiymətinin uzun müddət 80 dollara çatmayacağı düşünülür.
ABŞ prezidenti Donald Trampın aprelin 2-də idxala ikitərəfli gömrük rüsumları tətbiq edən sərəncam imzalamasından sonra qlobal ticarət müharibələrinin dərinləşəcəyi və neft tələbini məhdudlaşdıracağına dair gözləntilər güclənib.
Trampın “qurtuluş günü” olaraq xarakterizə etdiyi bu açıqlamadan sonra “Brent” markalı neftin barrel qiyməti tələbin artması ilə bağlı narahatlıqlar səbəbilə eyni gündə təxminən 1 faiz itirərək 73,64 dollara bağlandı, Qərbi Texas markalı (WTI) xam neft isə 0,6 faiz azalaraq 70,48 dollar oldu.
Daha sonra Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupunun hasilatı mərhələli şəkildə artırmaq qərarına sadiq qalacaqlarını açıqlaması da tələbin azalması ilə yanaşı, təklifin artıqlığı ilə bağlı narahatlıqları gücləndirərək qiymətlərə əlavə təzyiq yaradıb.
OPEC+ qrupu aprelin 1-dən etibarən gündəlik 2,2 milyon barellik könüllü hasilat kəsilməsini mərhələli şəkildə dayandıracaqlarını və may ayında hasilatı gündəlik 411 min barrel artıracaqlarını aprelin 3-də elan etdikdən sonra, Brent markalı neft eyni gündə 5 faizdən çox dəyər itirərək 69,63 dollara bağlanaraq, oktyabrın 26-dan bu yana ən böyük gündəlik itkisini yaşadı. WTI də həmin gün 5,6 faiz dəyər itirərək 66,33-ə düşüb.
Bu narahatlıqlara əlavə olaraq, aprelin 4-də Çinin ABŞ-dan idxal etdiyi bütün məhsullara əlavə 34 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlaması da mümkün qlobal “ticarət müharibəsi” riskini gücləndirdi və neft qiymətlərinin 2021-ci ilin avqustundan bəri ilk dəfə 65 dollardan aşağı düşməsinə səbəb oldu.
Brent markalı neft həmin günü təxminən 6 faiz azalaraq 65,74 dollara, WTI isə 6 faizdən çox ucuzlaşaraq 62,10 dollara düşüb. Belə ki, Brent markalı neft aprelin ilk həftəsində 9,2 faiz dəyər itirərək 65,74 dollara düşüb və 2021-ci ilin avqustundan bəri ən aşağı həftəlik bağlanışını qeydə alıb.
London mərkəzli enerji informasiya şirkəti Energy “Intelligence Group”un Neft Bazarları İqtisadçısı Julyen Matonnyer bildirib ki, qlobal neft tələbi proqnozunun uzun müddət aşağı qalacaq və qiymətlərin uzun müddət 80 dollar səviyyəsinə qayıtmayacaq.
Matonnyer, Tramp və OPEC+ qrupunun verdiyi qərarların neft tələbini böyük ölçüdə sıxışdırdığına diqqət çəkərək, "OPEC+ qrupu bazarı həddindən artıq tədarük etməyə davam etsə də, qlobal ticarət müharibələrinin yaratdığı iqtisadi qeyri-müəyyənliklər səbəbiylə tələbin əhəmiyyətli dərəcədə artacağını gözləmirəm. Bu səbəbdən neft qiymətlərinin hər an bir barel üçün 80 dollara dönəcəyini gözləmək çətindir”, – deyib.
Bu səbəbdən neft qiymətlərindəki enişin davam edəcəyinin gözlənildiyini bildirən Matonnyer, "Xüsusilə dünyanın ən böyük tələb mərkəzlərindən biri olan Çində iqtisadi problemlər davam edir. Üstəlik, Pekinin ABŞ-la böyük ticarət profisiti var ki, bu da onu ABŞ-ın tarif qərarları üçün birbaşa hədəfə çevirir. Digər tərəfdən, neftə tələbatı sürətlə artıran Hindistan mümkün qlobal ticarət müharibəsinin yaradacağı iqtisadi çöküşün fəsadlarını gözardı edə bilməz. Bundan başqa ABŞ iqtisadiyyatı da yavaşlama riski ilə üz-üzədir. Çünki tətbiq olunan tariflər nəticədə Amerika vergi ödəyiciləri tərəfindən qarşılanacaq”.
Trampın yürütdüyü siyasətlərin qlobal devalvasiya riskini artırdığını deyən Matonnyer “ölkələr ABŞ-ın tariflərinə rəğmən ixracatlarını rəqabətə davamlı tutmaq üçün öz valyutalarını qəsdən dəyərsizləşdirə bilər. Bu vəziyyətdə ABŞ-ın malları həmin ölkələr üçün daha bahalı hala gələcək və Trampın istəyinin əksinə ABŞ-ın ixracatı artırmaq planları çətinləşəcək”, – deyib.
Trampın siyasətlərinin qlobal miqyasda rəqabət qabiliyyətli devalvasiya riskini artırdığını izah edən Mathonniere, "Ölkələr ABŞ-ın tətbiq etdiyi tariflərə baxmayaraq ixracatlarını rəqabətədavamlı saxlamaq üçün pul vahidlərini bilərəkdən ucuzlaşdıra bilər. Belə olan halda ABŞ malları digər ölkələr üçün bahalaşır və ABŞ-ın istəklərinin əksinə olaraq, ABŞ-ın ixracatını çətinləşdirir”, – deyib.
Matonnyer investorların bu prosesdə ABŞ dollarını izləməli olduğunu bildirərək, dolların digər valyutalar qarşısında zəifləyəcəyi təqdirdə neftə tələbatın da artacağını deyib.
Trampın qarşıdakı 6-8 ayda dolların dəyərini azaltmaq üçün addımlar ata biləcəyini deyən Matonnyer bunun ölkədə resessiya təhlükəsi yaradacağını və ABŞ Mərkəzi Bankını (FED) vəziyyətə müdaxilə etməyə məcbur edəcəyini bildirib.
Matonnyer həmçinin ABŞ-ın İrana qarşı addımlarına diqqət yetirilməsi lazım olduğunu qeyd edərək, "ABŞ-ın İrana hərbi hücumu neftin qiymətini bir barel üçün 5 dollar artıra bilər, lakin risk qazanclara görə gözləniləndən daha tez düşməyə meyllidir”, – deyib.