Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
10:09 | 9 sentyabr 2025 | Çərşənbə axşamı
Məqaləyə 302 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
Neft qiymətləri bu gün Neft İxrac Edən Ölkələr Təşkilatı'nın (OPEC) bazar gözləntilərinin altında qalan istehsal artımı qərarını elan etməsindən sonra yüksəldi. Bundan əlavə, Rusiyaya qarşı yeni sanksiya ehtimalı ilə təchizatın azalacağı narahatlıqları da qiymətləri dəstəklədi.
“Brent” nefti barel başına 0,54 dollar (0.76%) bahalaşaraq 66,52 dollara qədər yüksələrkən, ABŞ xam nefti isə 0,50 dollar (0.80%) 62,73 dollara çatdı.
Azərbaycan brendi “Azeri Light” nefti sutkalıq göstəricilərə görə 0,13 dollar və ya 0.18 % ucuzlaşaraq, 73,79 dollara ticarət olunur.
OPEC+ ölkələri bazar günü oktyabr ayından etibarən istehsalı gündə 137 min barel artırmaq barədə razılığa gəlmişdi. Bu rəqəm, Sentyabr və Avqust aylarında həyata keçirilmiş təxminən 555 min barelik artım və İyul və İyun aylarındakı 411 min barelik artımlardan xeyli aşağıdır və gözləntilərin altında qaldı.
Çin mərkəzli investisiya şirkəti “Haitong Securities” bu il OPEC+ ölkələrinin daha sürətli istehsal artımı və tələbin ilin əvvəlindəki gözləntilərdən aşağı qalması səbəbindən, yaxınlaşan xam neft təchizat artığının qiymətlər üçün əsas təkan qüvvəsi olmağa davam etdiyini bildirdi.
Rusiyanın Ukraynaya qarşı hərbi hücumlarından sonra gündəmə gələn yeni sanksiya ehtimalları neft qiymətlərini dəstəklədi. ABŞ Prezidenti Donald Tramp ikinci mərhələ sanksiyalara hazır olduqlarını açıqlayarkən, Avropa Birliyi rəsmiləri də Vaşinqtonda bu məsələni müzakirə etdi. Əlavə sanksiyaların Rusiyanın neft təchizatını azaldaraq qiymətləri yüksəldə biləcəyi qiymətləndirilir.