
Qlobal bazarlarda sərin meh
ABŞ, Avropa və Asiya birjalarında nələr baş verdi?
ABŞ, Avropa və Asiya birjalarında nələr baş verdi?
Kripto birjası “Bullish” üçün “Wall Street” analizləri başladı
Bəzi FED rəsmiləri sentyabrı ayındakı iclasla bağlı qərarsızdır
Kriptovalyuta bazarında həftənin xülasəsi
“Standard Chartered”dan FED faiz gözləntisi
ABŞ Maliyyə naziri Federal Ehtiyat Sisteminin yenidən nəzərdən keçirilməsini tələb edib
Kriptovalyuta sentyabrda düzəliş mərhələsini geridə qoya biləcəkmi?
Qlobal bazarlar faiz endirimi gözləntiləri ilə toparlanır, siyasi risklər gündəmdə
AMB üzvü qurumun müstəqilliyini müdafiə etdi
FED-in “Bej Kitab” hesabatında nələr var?
“Tədbir gələcəyini formalaşdıran baxışları öyrənməyi hədəfləyir”
Trampın FED namizədi Miran: “Federal Açıq Bazar Komitəsi çox mühüm missiyası olan qurumdur”
AMB rəhbərindən FED xəbərdarlığı
Nəhəng artımlardan sonra 107 min dollar civarında 2 aylıq dib
Kripto bazarları FED qərarı öncəsi aya narahat başladı
ABŞ ilə əldə olunan ticarət atəşkəsinə baxmayaraq, Çində istehsal fəaliyyətlərində yavaşlama davam edir
Qlobal bazarlarda diqqət ABŞ Mərkəzi Bankının (FED) yaxınlaşan faiz qərarına və siyasi inkişaflara yönəlmişdir. Öncül maliyyə qurumları bazarlarda artan dalğalanmaya və mərkəz bankı siyasətindəki qeyri-müəyyənliklərə işarə edərkən; investorlar güclü bir ralli ehtimalı, təhlükəsiz liman axtarışı və pul siyasətində mümkün dəyişikliklər üçün mövqe tutmağa başlayıblar.
“Goldman Sachs” və “Morgan Stanley” strateqi Maykl Uilson (Michael Wilson) bildirib ki, səhm bazarlarında qısamüddətli volatillik arta bilər, lakin bu, ilin sonuna doğru güclü bir yüksəliş hərəkəti üçün zəmin hazırlaya bilər. Uilsona görə, ilin bu dövründə mövsümi faktorlarla yanaşı əmək bazarındakı zəiflik və FED-in məhdud siyasət sahəsi bazarda geri çəkilmələrə səbəb ola bilər.
Uilson əlavə edib ki, sentyabr və oktyabr aylarındakı rüblük fonlama təzyiqləri volatilliyi artıracaq, lakin bu proses davamlı və qazanc yönümlü bir bərpa üçün fürsət yarada bilər. Əmək bazarının zəif, lakin kritik səviyyədə olmadığını vurğulayan Uilson, bu tip geri çəkilmələrdən sonra pozitiv dinamikanın mümkün olduğunu söyləyib.
“Goldman Sachs”: “FED üçün dərhal endirim lazım deyil”
“Goldman Sachs” CEO-su Devid Solomon (David Solomon) qeyd edib ki, mövcud iqtisadi şəraitdə FED-in faiz dərəcələrini sürətlə azaltmasına ehtiyac yoxdur. Solomon faizlərin hələ də kifayət qədər məhdudlaşdırıcı səviyyədə olduğunu bildirərək, bazarlardakı risk iştahının yüksək olduğunu vurğulayıb.
Solomon ümumi iqtisadi mühiti müsbət qiymətləndirərək ticarət siyasətinin artımın qarşısında maneə yaratdığını bildirib. Həmçinin, investisiya mühitinə təsir edə biləcək qeyri-müəyyənliklərin mövcudluğunu qeyd edib.
Tramp tərəfindən FED namizədi üçün səsvermə bu həftə
ABŞ Prezidenti Donald Tramp tərəfindən FED üzvlüyü üçün namizəd göstərilən Stefen Miranın Senat səsverməsi çərşənbə günü keçiriləcək. Hazırda Ağ Ev-də iqtisadi müşavir kimi çalışan Miran, vəzifəsindən erkən ayrılan Adriana Kuqlerin yerinə namizəd göstərilib. Təsdiqlənərsə, Miran 16-17 sentyabr tarixlərində keçiriləcək Federal Açıq Bazar Komitəsi (FOMC) iclasına qatılaraq faiz endirimi qərarlarına təsir göstərə bilər.
Miranın FED siyasətində daha “yumşaq” mövqe tutacağı ehtimal olunur. Bu, investorlar arasında faiz endirim gözləntilərini gücləndirə və bazar istiqamətinə təsir edə bilər.
Strateqlər təhlükəsiz liman seçimində İsveçrə frankını tövsiyə edir
“Goldman Sachs” və “Bank of America” bildiriblər ki, ənənəvi təhlükəsiz liman valyutası kimi Yapon yeni zəif qala bilər, buna görə İsveçrə frankı (CHF) daha üstün seçim ola bilər. “Bank of America” Yapon bazarları strateqi Şuzuk Yamada (Shusuke Yamada) uzun CHF/JPY mövqeyinin artan maliyyə risklərinə qarşı ən etibarlı qorunma yollarından biri olduğunu vurğulayıb.
Yamada əlavə edib ki, İsveçrə frankının sağlam maliyyə strukturu həm dollar, həm də yen üzərindəki risk qazanclarını balanslaşdırır. Artan qlobal qeyri-müəyyənlik və siyasi risklər fonunda investorlar daha təhlükəsiz və stabil aktivlərə yönəlməyə davam edirlər.
“JPMorgan”dan satış xəbərdarlığı: Faiz endirimi əks təsir göstərə bilər
“JPMorgan” bildirib ki, sentyabrda gözlənilən FED faiz endirimi, investorlar tərəfindən gözləntilərin reallaşması səbəbindən “xəbəri sat” reaksiyasına səbəb ola bilər. Bankın Qlobal Bazar Kəşfiyyatı rəhbəri Endrü Tayler (Andrew Tyler) bu tip faiz endirimi xəbərlərinin səhm bazarlarında qısamüddətli satış təzyiqi yarada biləcəyini söyləyib.
Tayler əlavə edib ki, inflyasiya, məşğulluq və qlobal ticarət müharibəsi kimi qeyri-müəyyənliklər investor davranışlarına təsir edir. Eyni zamanda, fərdi investorların sentyabr ayında bazardan uzaqlaşmaq meylində olduqları, şirkətlərin isə səhm geri alışlarını azaltdıqları müşahidə olunub. “JPMorgan” investorları “CBOE VIX”ə (Çikaqo Opsion Birjası Volatillik İndeksi) əsaslanan alış opsiyonlarına və qızıl investisiyasına yönəlməyə çağırıb.