Almaniya-Fransa ortaqlığı bitdi
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
12:42 | 16 aprel 2025 | Çərşənbə
Məqaləyə 275 dəfə baxılıb
Şriftin ölçüsü
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Sahibkarlar saatbaşı ödənişin 12,31 avroya çatmasından narazıdır
Qəbir yerləri azaldığı üçün kremasiya sürətlə yayılır
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Parisdə lüks mağaza qarət olundu
Qanunsuz miqrantlarla evlilik mübahisələri böyüyür
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
Fransanın baş naziri Fransua Bayru 2026-cı il büdcəsi ərəfəsində dövlət maliyyəsində ciddi ixtisarların aparılacağını açıqlayıb. Bayru, dövlət xərclərini azaltmaq üçün 40 milyard avroluq böyük bir qənaət planı hazırladıqlarını açıqlayıb. Baş nazir "Fransız xalqı həqiqəti bilməlidir. Bu, faktlarla üzləşmə dövrüdür”, – deyərək ölkənin iqtisadi reallıqlarına diqqət çəkib.
***
Bayrunun sözlərinə görə, büdcə kəsirinin əsas səbəbi Fransanın kifayət qədər istehsal və məşğulluq imkanlarının olmamasıdır. “Ölkəmiz kifayət qədər istehsal etmir, kifayət qədər işləmir. Adambaşına istehsal tempimiz qonşularımızla eyni olsaydı, büdcə kəsirimiz olmazdı”.
O, həmçinin gənclər və yaşlılar arasında məşğulluq səviyyəsinin aşağı olmasının da maliyyə böhranını daha da dərinləşdirdiyini vurğulayıb.
***
Qənaət planlarına baxmayaraq, Bayru müdafiə büdcəsinə əlavə 3 milyard avro artım da elan edib. Rusiyanın Ukraynaya müdaxiləsini və ABŞ-ın strateji istiqamətini dəyişməsini əsas gətirən Bayru deyib ki, Avropa indi öz müdafiəsini həyata keçirməlidir.
Aprelin 15-də Matinyonda başlanmış dövlət maliyyə konfransı üç aylıq məsləhətləşmə prosesinin ilk addımı idi. Prosesə millət vəkilləri, həmkarlar ittifaqları, bələdiyyə birlikləri və sosial təminat təşkilatları daxil edilib. Məqsəd iyulun 14-dək əsas qərarların dəqiqləşdirilməsidir.
Bayru, “Artıq sentyabr ayını gözləməyəcəyik, daha erkən və daha qətiyyətli hərəkət edəcəyik”, – deyərək prosesin sürətləndiriləcəyini açıqlayıb.
***
Yeni iqtisadi siyasət çərçivəsində “ortaq məsuliyyət” yanaşması qəbul ediləcək. Bayrunun mesajı aydındır: “40 milyard avro qənaət görünməmiş bir hadisədir. Bu, hər kəsin kəmərini sıxması deməkdir”.