Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:40 | 20 aprel 2025 | Bazar
Məqaləyə 270 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ-ın avtomobil nəhəngi “Ford Motor”, Çinin cavab tədbirləri çərçivəsində tətbiq etdiyi yüksək gömrük rüsumlarına görə Çinə cip, pikap və idman avtomobili modellərinin tədarükünü dayandırdığını açıqladı. Şirkət bu addımın ABŞ və Çin arasında avtomobil sektorunda artan ticarət gərginliyinin yaratdığı təzyiqə qarşı tədbir olduğunu bildirib.
“Biz ABŞ-dan Çinə ixracı cari tariflər işığında tənzimlədik”, – şirkət deyib.
Qərar çərçivəsində Miçiqanda istehsal olunan “F-150 Raptors”, “Mustangs”, “Bronco SUV”lərin və Kentukkidə yerləşən “Lincoln Navigators”un Çinə göndərilməsi dayandırılıb.
“Ford”un bu qərarı yüksək idxal vergilərinin avtomobil istehsalçılarına təsirini bir daha ortaya qoydu. Xüsusilə avtomobil istehsalçıları və hissələri tədarükçüləri bu siyasətlərdən ciddi şəkildə təsirlənir və “gəlmə tarifləri” adlandırılır.
“The Wall Street Journal”ın məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, daşımaların dayandırılması ilə bağlı qərar bu həftə verilib.
***
“Ford”, yığılmış avtomobillərin tədarükünü dayandırsa da, ABŞ istehsalı olan mühərrik və transmissiya hissələrini Çinə ixrac etməyə davam edəcəyini söylədi. Çində istehsal olunan “Lincoln Nautilus” modelinin yüksək gömrük rüsumlarına baxmayaraq göndərilməyə davam ediləcəyi də bildirilib.
Şirkətin daxili yazışmalarında tariflərin uzunmüddətli olacağı təqdirdə nəqliyyat vasitələrinin qiymətlərində artım ola biləcəyi bildirilib. “Reuters”in əldə etdiyi daxili qeydlərə görə, bu qiymət artımı xüsusilə yeni modellərdə müşahidə oluna bilər.
Avtomobil Araşdırmaları Mərkəzinin bu ay dərc etdiyi təhlil, Trampın tariflərinin 2025-ci ilə qədər ABŞ avtomobil istehsalçılarının ümumi xərclərini təxminən 108 milyard dollar artıracağını göstərdi.
“Ford” isə ABŞ-da satdığı avtomobillərin təxminən 80 faizini ölkə daxilində istehsal etdiyi üçün bu dalğadan nisbətən az təsirlənəcək şirkətlərdən biri hesab edilir.