
“Sülh üçün jest edin”
Papa Putini Ukraynaya çağırıb
Papa Putini Ukraynaya çağırıb
İnauqurasiya mərasimində dünya liderləri bir araya gəldi
Papa XIV Leonun şərəfinə dondurmalar və pivələr istehsal olunur
Papa XIV Leo sosial mediaya qayıtdı
Yeni Papanın sevimli komandaları bəlli olub
ABŞ prezidenti Roma papasını tənqid edən tərəfdaşının “qulağını çəkib”
ABŞ Papasının gələcəyi bu üç mesajda gizlidir
Katolik kilsəsinin ilk Amerika papası Prevost kimdir?
Vatikanda amerikalı keşişlərin mövqeyi güclənib
XIV Leo kilsəsinin LGBTQ-yə tolerant münasibətini aradan qaldıracaq
Robert Fransis Prevos katoliklərin yeni ruhani lideri oldu
Sikstin kapellasınln bacasından ağ tüstü qalxır
Günortadan sonra növbəti səsvermə keçiriləcək
Yeni Papanı dünyaya elan edəcək Dominik Mamberti kimdir?
Kardinallar Sikstin kapellasına qayıdıblar, 4 səsvermə keçiriləcək
Vatikan səsvermənin ilk turunda yeni Papa seçə bilməyib
Bu səhər 88 yaşında vəfat edən Papa Fransisin dəfn mərasiminin təfərrüatları yavaş-yavaş ortaya çıxmağa başlayır.
Vatikan Mətbuat İdarəsindən verilən yazılı açıqlamada, “Papa Fransisin ölümünün açıqlanmasının ardından bu axşam saat 20:00-da ölümün müəyyən edilməsi və cənazənin tabuta qoyulması ritualına kardinal Kevin Cozef Farrell rəhbərlik edəcək”, – bildirilib.
Ənənəyə görə, Papanın ölümündən sonra Vatikanda növbəti papa seçilənə qədər keçid prosesinə rəhbərlik edəcək “Kamerlenqo” (Papalıq taxtının vitse-prezidenti) kardinalının kilsə qanunlarına uyğun olaraq “Sede Vacante”, yəni latın dilində “boş” elan etməsi gözlənilir.
Fevralda keçirdiyi ağır bronxit səbəbilə fevralın 14-də Romadakı Gemelli xəstəxanasına yerləşdirilən Papa Fransisk ikitərəfli pnevmoniya diaqnozu ilə orada 38 gün müalicə olunub və martın 23-də evə buraxılıb.
Papa Fransiskin həkimlərindən biri, professor Sergio Alfieri martın 25-də “Corriere della Sera” qəzetinə deyib ki, Papa xəstəxanada olduğu müddətdə iki dəfə ölümdən çətinliklə xilas olub.
“Əziz qardaşlar və bacılar, dərin hüznlə Müqəddəs Atamız Fransisin vəfatını elan etməliyəm. Bu səhər saat 07:35-də Papa Fransis Tanrının evinə qayıtdı. O, bütün həyatını Tanrıya və Kilsəyə xidmətə həsr etdi. O, bizə İncilin dəyərlərini ən sədaqətlə, ən ümumbəşəri, ən ümumbəşəri və ümumbəşəri sevgi ilə yaşamağı öyrətdi”, – kardinal Cozef Farrell deyib.