
KATV1-dən abunəçilərə şad xəbər
9-cu ilini qeyd edən kabel televiziyası yayımlanan telekanalların sayını artırdı
9-cu ilini qeyd edən kabel televiziyası yayımlanan telekanalların sayını artırdı
9-cu ilini qeyd edən kabel televiziyası yayımlanan telekanalların sayını artırdı
9-cu ilini qeyd edən kabel televiziyası yayımlanan telekanalların sayını artırdı
9-cu ilini qeyd edən kabel televiziyası yayımlanan telekanalların sayını artırdı
Qətərin “beIN Media Group” şirkətinə məxsus, tanınmış peyk televiziya operatoru “Digitürk” şirkəti Azərbaycanda fəaliyyətini qurmaq üçün lisenziya alıb. Yəni qurum “Digitürk Azərbaycan” MMC olaraq qeydiyyatdan keçib və Audiovizual Şuradan universal platforma operatoru olaraq lisenziya alıb.
“Digitürk” əsasən Türkiyə Super Liqasının və film yayımının təşkili ilə məşhurdur.
“Digitürk” Türkiyə bazarına xidmət etsə də, Azərbaycanda, digər türkdilli ölkələrdə, həmçinin Avropada yaşayan türk diasporu üçün də yayım təmin edir .
Şirkət uzun illərdi Azərbaycanda fəaliyyət göstərir. Əvvəllər kabel TV-lərin tərkibində ekstra paket olaraq bu qurumun xidmətləri təklif edilirdi. Bir müddət sonra “Digitürk” yayım hüququnu müstəqil distributora ötürmüşdü. Bu şirkətlər “Digitürk”ün Azərbaycandakı yayımını idarə edir, avadanlıq satışı və abunə prosesini həyata keçirirdi.
Bu partnyorluq çərçivəsində müəyyən narazılıqların olduğu bildirilirdi. Azərbaycanda son dövrlərdə onun izləyicilərinin sayının xeyli azaldığı müşahidə olunurdu.
Güman ki bu səbəblərdən “Digitürk” artıq Azərbaycanda birbaşa özü satış təşkil etməyə üstünlük verib.
Yeni qanunvericiliyə görə bu xidmət artıq ölkəmizdə lisenziyalıdr. Görünür ki şirkət öz fəaliyyətini hüquqi çərçivədə qurmağa üstünlük verib və “Digitürk Azərbaycan” MMC olaraq fəaliyyətini davam etdirəcək.
Xatırladıram ki, hazırda Azərbaycanda bir çox kafelər “Digitürk” avadanlıqlarını və kartını alaraq bu operatorun Türkiyə futbolu ilə bağlı yayımlarını müştərilərə təqdim edirlər.
Düşünürəm ki, Audiovizual Şura tərəfindən “Digitürk”ün Azərbaycanda fəaliyyətinin lisenziyalaşdırılması həm media və reklam bazarının inkişafı, xidmət keyfiyyətinin artması, həm də piratçılığın qarşısının alınması və istifadəçi hüquqlarının qorunması baxımından doğru və təqdirəlayiq addımdır.
Fikrimcə, bu həm də ölkəmizin regional və qlobal media bazarlarına inteqrasiya üçün də faydalıdır.
Ümid edirəm “Digitürk Azərbaycan” lisenziya şərtlərinə əməl edəcək, yerli komada ilə şəffaf və müştəriyə yönəlik fəaliyyətə üstünlük verəcək, həmçinin ölkəmizdə yayım və reklam bazarının inkişafına da dəstək verəcək.