Dünyanın ən zəngini, fəzanın da ən güclüsü
Kosmosdakı peyklərin üçdə ikisi İlon Maska məxsusdur
11:59 | 21 may 2025 | Çərşənbə
Məqaləyə 97 dəfə baxılıb
Şriftin ölçüsü
Kosmosdakı peyklərin üçdə ikisi İlon Maska məxsusdur
“Hyperloop” futuristik nəqliyyat ideyası reallığa çevrilmədi
NASA Ay missiyası ilə bağlı “SpaceX”dən imtina edir
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Günahkar iqlim dəyişikliyidir?
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
Qədim qızıldərili mifologiyası gündəmdə
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
Dünyanın ən varlı adamı olan İlon Mask baş müşaviri vəzifəsində çalışdığı ABŞ prezidenti Donald Trampın hər zaman yanında olub. Demək olar ki, hər tədbirdə birlikdə görünən və özəl nazirlik açılıb ora rəhbər təyin olunan Mask hətta bir müddət Trampın malikanəsində yaşayıb.
Lakin gündən-günə ictimaiyyət tərəfindən daha çox tənqid edilən milyarder siyasi səhnədə görünməz olub. Trampın populyarlığı aşağı düşən “DOGE” rəhbərinə arxa çevirdiyi iddia edilib.
Mask isə seçilmək üçün milyonlar xərclədiyi Donald Trampın ianə toplama kampaniyalarını tərk etdiyini açıqladı. Trampın davranışlarından əsəbiləşən Mask pulunu götürərək geri çəkilib.
***
İlon Maskın sosial şəbəkələrdəki aqressiv münasibəti bir vaxtlar Amerika xalqının göz bəbəyi olan milyarderin ictimai reputasiyasını itirməsinə səbəb olub. Ancaq Maskın bəyənilməməsinin əsl səbəbi onun üçün açılan Hökumətin Səmərəliliyi Departamentində tutduğu vəzifə idi.
Mask minlərlə insanı işdən çıxararkən lazımi araşdırmaları etməməklə bir çox ailənin iqtisadiyyatını məhv edib və Tramp administrasiyasının səlahiyyətlərinin şübhə altına alınmasına səbəb olub.
Siyasətçi Frank Luntz “Politico”ya, "İctimaiyyət Vaşinqtonda israfçılığa son qoymaq səylərini dəstəklədi, lakin onlar bunun həyata keçirildiyi yolu dəstəkləmədilər. Vaşinqtonda israfçılığın azaldılması missiyası əlbəttə ki, kömək etdi, lakin onun istifadə etdiyi dil kömək etmədi", – deyib.
***
Rəy sorğularında populyarlığı kəskin şəkildə azalan Maskın şöhrəti Trampın seçici bazasına təsir etməyə başlayıb.
Trampın boykot edilmiş “Tesla” model avtomobillərini reklam etməsi və “seçilməmiş və vəzifəsinə pulla satın alınmış” kimi xarakterizə edilən Maska yaxınlığı da prezidentin tənqidinə səbəb olub.
Ancaq Tramp üçün ən pisi odur ki, Viskonsin ştatında keçirilən məhkəmə seçkilərində Respublikaçı namizəd üçün vəsait toplama kampaniyasını şəxsən aparan Mask bu seçkidə demokratlara uduzdu. Belə olan halda Tramp Maskdan əsəbiləşdi.
Anonimlik şərti ilə “Politico”ya danışan siyasətçilərdən biri "O, bitdi və getdi. Onunla bağlı sorğuların nəticələri dəhşətlidir. İnsanlar ona nifrət edirlər”, – deyib.
“O, Viskonsinə gedib insanların səsini ala biləcəyini, pendir papağı taxıb 9 yaşlı uşaq kimi davrana biləcəyini düşünür. Bu işə yaramır. Bu, insanları narahat edir”, – anonim siyasətçi deyib.