
30 yeni vaqon alınacaq
Hər ay bir qatar dəyişəcək
Hər ay bir qatar dəyişəcək
Bakı metropoliteninə əvvəlkilərdən 2-3 dəfə güclü 7 yeni ventilyator gətirilir
.. Yaxud yeraltında bizi hansı təhlükə gözləyir?
Maşinist kabinəsində siqaret çəkmək yasaqlandı
«Sahil» açılandan sonra ...
«Bakı Metropoliteni»ndə ixtisarlar gözlənilir
Nəsimi Paşayev: «İddialar əsassızdır»
«Elə bil qaynanadır, nə qədər öyüd-nəsihət verir, bunu alanın günü qaradır»
Səhər saatlarında metroda böyük sıxlıq yaranıb, səbəb açıqlandı
«İnşaatçılar» stansiyasının 1-ci giriş-çıxışı sabahdan müvəqqəti olaraq bağlanacaq
Nasaz qatarların azalmasının və təmirin keyfiyyətinin artırılmasının əsas səbəbləri haqqında
Qurum metro yollarında istifadə olunan materialları özü istehsal edəcək (fotolar)
«Metropolitendən öyrənsinlər... »
5 həftəliyinə ...
«Bakı Metropoliteni»ndə növbəti dəyişiklik
Vaxt yeraltında tərsinə işləyəcək
«Bakı Metropoliteni» QSC Fransanın 3 şirkəti ilə 5 Anlaşma Memorandumu imzalanıb.
QSC-ni mətbuat xidmətindən AzVİsion.az-a
verilən məlumata görə, Fransa Prezidenti cənab Fransua Ollandın Azərbaycan
Respublikasına rəsmi səfəri zamanı «Bakı Metropoliteni» QSC ilə Fransanın 3
şirkəti arasında 5 Anlaşma Memorandumu imzalanıb. «Alstom Transport SA»,
«BOUYGUES TRAVAUX PUBLİCS, LLS», «THALES S.A» şirkətləriylə imzalanan Anlaşma
Memorandumunda nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün adıçəkilən
şirkətlərlə qarşılıqlı əməkdaşlıq edilməsi və 2-3 ay müddətində müvafiq
müqavilələrin imzalanması nəzərdə tutulub.
«Alstom Transport SA» ilə imzalanan
Memoranduma əsasən Bakı Metropoliteninin istər yeni inşa olunan «Bənövşəyi»,
istərsə də əvvəlki («Yaşıl» və «Qırmızı») xətlərində istifadə edilmək üçün
yeni, müasir vaqonların alınması nəzərdə tutulub.
«BOUYGUES TRAVAUX PUBLİCS, LLS» ilə
«Bakı Metropoliteni» QSC arasında imzalanan 2 Anlaşma Memorandumunun ilkində 28
May stansiyasının yenidən qurulması (Qırmız və Yaşıl Xətlərin ayrılması)
işlərinin görülməsi nəzərdə tutulub. Qeyd edək ki, Qırmızı xətlə («Həzi
Aslanov» – «İçəri Şəhər» stansiyaları arası) Yaşıl xətt («Dərnəgül» – «Xətai»
stansiyalaı arası) «28 may» stansiyasında kəsişir və bu da öz növbəsində hər
iki xətt üzrə hərəkət edən qatarların sərbəst hərəkət etməsində müəyyən
çətinliklər yaradır. Digər Memoranduma görə isə Yaşıl xəttin davamı olaraq
«Xətai» stansiyası ilə «Həzi Aslanov-2» stansiyası arasında bir neçə
stansiyanın inşası nəzərdə tutulub.
Növbəti 2 Anlaşma Memorandumu isə «THALES S.A» şirkətilə imzalanıb. Birinci sənəd Bakı Metropoliteninin texnoloji cəhətdən gücləndirilməsi istiqamətində əməkdaşlığın əsasını qoymaq məqsədilə imzalanıb. Belə ki, «Bənövşəyi» xətdə («Avtovağzal», «Memar Əcəmi-2» st.) inşa olunan stansiyalarda işarəvermə və idarəetmə sistemlərinin tətbiqi üçün son texnoloji avadanlıqlardan istifadə edilməsi planlaşdırılır. Həmçinin gələcəkdə inşa olunacaq yeni stansiyalarda da bu sahədə mövcud ən müasir avadanlıqların, işarəvermə və idarəetmə sistemlərinin tətbiq olunması nəzərdə tutulub. Digər sənəddə isə təlim və tədris proseslərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Tərəflər bu Anlaşma Memorandumunu həyata keçirməklə Bakı Metropoliteninin təlim və tədris imkanlarının inkişaf etdirilməsi məqsədi ilə əməkdaşlığı gücləndirmək arzusundadırlar.