
Marsel alovlara təslim oldu
Onlarla ev və avtomobil yanıb, nəqliyyat iflic olub
Onlarla ev və avtomobil yanıb, nəqliyyat iflic olub
Makronun xanımı onun əlini niyə havada qoydu?
Fransa və Almaniyada Asiya pələng ağcaqanadı təhlükəsi
Minlərlə “Mercedes-Benz” geri çağırıldı
Fransa bələdiyyələrində əməkhaqqı üsyanı
Marsel hava limanı bağlanıb, qatarların hərəkəti dayandırılıb
Fransa müxalifətinin lideri siyasi qadağa qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət edir
Makron cütlüyü arasında daha bir böhran, arvadı ərinə məhəl qoymadı
5 günlük müharibədən sonra “Rafale” təyyarələrinə qarşı təbliğat genişlənib
Evi basılan yaşlı türk qadını yerlə sürüdülər, gənc qızı isə hovuzda ölümünə döydülər
Avropa şəhərində 26 cərimə yazılarkən 4 avtomobilin hərəkəti qadağan edildi
Fransa yeni qızmar isti dalğasına hazırlaşır
Fransada müsəlmanlara qarşı hücumlar artmaqdadır
Fransada türklərin antik əşyalarını toplanılır
Qadağa qaldırıldı, Sena çayı ictimaiyyətə açıldı
Fransa polisinin miqrantlara müdaxilə taktikası – şişmə qayıqlar bıçaqla deşiləcək
Fransa və İngiltərə mətbuatında əks olunan sənədlər Fransanın Fransız Polineziyasındakı nüvə sınaqlarının təsirləri ilə bağlı araşdırmalara qarşı 90 min avroluq kampaniya apardığını ortaya çıxarıb.
Fransanın Atom Enerjisi Komissiyası (CEA) 1960 və 1970-ci illərdə Fransız Polineziyasında nüvə sınaqlarının dağıdıcı təsirlərini lazımınca qiymətləndirmədiyini göstərən araşdırmaya qarşı çıxmaq üçün xeyli vəsait xərcləyib.
Sənədlər Sakit Okean regionunda nüvə sınaqlarının təsirlərini göstərən tədqiqatları gözdən salmaq səylərini və sınaqların qəbul edildiyindən daha çox insanın nüvə çirklənməsinə səbəb olduğunu göstərirdi.
***
“The Guardian” qəzetinin məlumatına görə, “Disclose” adlı araşdırma platforması sözügedən nüvə sınaqları ilə bağlı parlament araşdırması nəticəsində hazırlanan hesabat dərc edilməmişdən əvvəl sənədləri əldə edib. “Le Monde” və “The Guardian” qəzetləri tərəfindən görülən sənədlər CEA-nın nüvə sınaqlarının nəticələrinə dair araşdırmalara qarşı kampaniyasını ortaya qoydu.
Fransanın 1966-1996-cı illər arasında Moruroa və Fanqataufa atolllarında apardığı 193 nüvə sınağından altısı haqqında “Zəhərli” adlı 2021-ci ildə dərc edilmiş kitab, sınaqların Fransanın indiyə qədər qəbul etdiyindən daha çox insan sağlığını zərərə uğratdığını irəli sürdü.
Ən son sənədlər göstərirdi ki, kitab çap olunduqdan bir il sonra CEA bu mövzuda hazırladığı kitabçanı 5000 nüsxə çap etdirib. “Fransız Polineziyasında nüvə sınaqları: niyə, necə və hansı nəticələrlə?” adlı kitabça adalarda paylandı.
***
Müvafiq olaraq, CEA 90 min avrodan çox başa gələn əməliyyat çərçivəsində Fransız Polineziyasına dörd nəfərlik bir komanda da göndərdi. Komanda regiona biznes siniflə uçub, “Hilton” otelində qalıb, yerli liderlərlə görüşüb, mətbuata müsahibələr verib.
Parlaq kağız üzərində çap edilmiş CEA kitabçası, kitabda irəli sürülən “iddialara” “elmi cavablar” verdiyini iddia etdi. Kitabçada çirklənmənin miqdarının “məhdud” olduğu və Fransanın həmişə şəffaf davrandığı və yerli əhalinin sağlamlığına hörmətlə yanaşdığı iddia edilirdi.
“Princeton” Universitetinin elmi və qlobal təhlükəsizlik proqramı olan “Disclose” və ekoloji ədalət araşdırma kollektivi “Interprt” tərəfindən hazırlanan “Zəhərli” kitabı o zaman Fransada qəzəb doğurdu və Fransanın “bölgəyə borcunu” etiraf edən prezident Emmanuel Makron bölgəyə səfər etdi.
***
Tədqiqatın nəticələrinə görə, təkcə 1974-cü ildə aparılan sınaqda, Taiti və yaxınlıqdakı adaların əhalisinə bərabər olan 110.000 insan, sonradan 23 müxtəlif xərçəng növündən birinə yoluxaraq təzminat alacaq qədər yüksək radiasiyaya məruz qalmışdı.
Kitabda deyilir ki, CEA uzun müddətdir ki, radiasiya səviyyəsini düzgün qiymətləndirməyib və kompensasiya almaq hüququ olan insanların sayını ciddi şəkildə məhdudlaşdırıb. Müvafiq olaraq, 2023-cü ilə qədər 2846 təzminat tələbinin yarısından azı hakimlər tərəfindən məqbul hesab edilib.
Digər tərəfdən, CEA-nın keçmiş prezidentlərindən biri və 2022-ci ildə Fransız Polineziyasına göndərilən şəxslərdən biri olan Vinçenzo Salvetti, qurumun hazırladığı kitabçanın kitaba cavab olaraq baş verən hadisələrin CEA-nın öz versiyası olduğunu təkzib etdi.
“The Guardian” xəbər verir ki, bölgədəki adalarda radiasiya ilə əlaqəli qalxanabənzər vəz, döş və ağciyər xərçəngləri, həmçinin leykemiya və limfoma geniş yayılıb. Fransa ordusu həmçinin bildirib ki, 2000-ə qədər əsgər xərçəngə səbəb ola biləcək radiasiyaya məruz qalıb.