Tramp atəşkəsi uzatmaq istəmir
ABŞ Prezidenti İranı atəşkəsi pozmaqda günahlandırdı
09:28 | 28 may 2025 | Çərşənbə
Məqaləyə 235 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Prezidenti İranı atəşkəsi pozmaqda günahlandırdı
Körfəz ölkələri boğaz üzərində yeni balansın formalaşacağından ehtiyat edir
Hörmüz boğazındakı dəniz minaları nə qədər təhlükəlidir və necə zərərsizləşdirilir?
ABŞ ilə mümkün razılaşmaya kim cavabdehdir?
ABŞ-İran gərginliyi qiymətləri silkələdi
ABŞ donanması İran gəmisini ələ keçirdi
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
İran razılıq olmasa, Bab əl-Məndəbi də bağlayacağı ilə hədələyir
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Diplomatik gözləntilər qiymətləri aşağı çəkir
Hörmüz blokadasına nəzarət edən qüvvələr sanksiya altında olan gəmiyə müdaxilə etmədi
Atəşkəsdən istifadə edən rəsmi Tehran yeraltı “raket şəhərləri”nin tunellərini açır
Prezident-Papa gərginliyinə baş nazir də qoşuldu
“İran şərtləri qəbul etməsə, atəşkəs uzadılmamalıdır”
İslamabad danışıqlarının yarımçıq qalmasının pərdəarxası üzə çıxdı
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
ABŞ fond bazarları Xatirə Günü bayramından sonra həftənin ilk ticarət gününə sürətli yüksəlişlə başlayıb. “Dow Jones”, “S&P 500” və “Nasdaq” indeksləri günü 1,7 faizdən 2,5 faizədək artımla başa vurub. İnvestorların Avropa Birliyi (AB) ilə bağlı tarif narahatlıqlarının azalması və istehlakçı inamının bərpası bazarlarda nikbinliyi artırıb.
Günün sonunda “Dow Jones” indeksi təxminən 1,78 faizlik yüksələrək 750 artımla – 42 343,65 bəndə çatıb. “S&P 500” indeksi 2,05 faiz artaraq – 5 921,54 bəndə, texnoloji ağırlıqlı “Nasdaq” indeksi isə 2,47 faiz artaraq 19 199,16 bənd olub.
ABŞ prezidenti Donald Trampın AB-yə tətbiq edilən 50 faizlik gömrük rüsumlarını iyulun 9-na qədər təxirə salması bazarlardakı yüksəlişdə təsirli olub. Tramp qərarını həftə sonu AB Komissiyasının sədri Ursula Von der Leyen ilə görüşdən sonra açıqlayıb. Bu inkişaf qlobal ticarət gərginliyi ilə bağlı qeyri-müəyyənlikləri müvəqqəti olaraq azaldıb.
Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett bu həftə daha bir neçə ticarət sazişi bağlamağa ümid etdiklərini və bəzi danışıqların yekunlaşmaq üzrə olduğunu bildirib. Hassett qeyd edib ki, Hindistanla danışıqlar xüsusilə inkişaf etmiş mərhələdədir.
Makroiqtisadi məlumatlara görə, ABŞ-da davamlı mal sifarişləri aprel ayında 6,3 faiz azalaraq, gözləntilərin altında qalıb. Bununla belə, Konfrans Şurası tərəfindən açıqlanan İstehlakçı Güvən İndeksi may ayında 12,3 bənd yüksələrək 98-ə çatmaqla bazarları müsbət təəccübləndirdi.
Bundan əlavə, “S&P CoreLogic Case-Shiller” Milli Ev Qiyməti İndeksi mart ayında hər il yüzdə 3,4 artaraq mənzil bazarında mülayim yavaşlamanın davam etdiyini göstərir.
Korporativ cəbhədə Tramp Media və Texnologiya Qrupunun təxminən 2,5 milyard dollarlıq “Bitcoin” investisiyası üçün vəsait toplamaq planı bazarlarda mənfi reaksiya ilə qarşılandı. Şirkətin səhmləri günü 10 faizdən çox ucuzlaşıb.
Xatirə Günü həftəsonunda rekord kassa gəlirləri əldə edən kino sənayesi də diqqət çəkdi. AMC-nin səhmləri 24 faiz, “Marcus Corporation” 10 faiz, “Cinemark” isə 4 faiz bahalaşıb.
Analitiklər vurğulayırlar ki, bu həftə “Nvidia”nın balans hesabatı, “Costco” və “Best Buy” kimi böyük pərakəndə satış şəbəkələrinin maliyyə nəticələri, eləcə də FED-in son iclas protokolları və artım və şəxsi istehlak xərclərinə dair məlumatlar bazarlar üçün həlledici olacaq.