
Tramp–Mask münasibətləri və “Amerika Partiyası”
Bir dostluğun anatomiyası, bir ayrılığın təhlili və yeni yaranan suallar
Bir dostluğun anatomiyası, bir ayrılığın təhlili və yeni yaranan suallar
Respublikaçıların elektoratını parçalayan “Amerika Partiyası” ABŞ siyasətində nələri dəyişə bilər?
NASA-nın başına İlon Maskın “dava etdiyi” nazir gətirildi
Tramp: “Rusiyaya dair mühüm açıqlama verəcəyəm”
Tramp bir çox ölkəyə 15–20 faiz ümumi gömrük vergisini təsdiqləyəcək
Tramp: “Bizimlə əməkdaşlıq etmək əvəzinə qarşılıq verməyi seçdilər”
İnvestorlar arasında ciddi narahatlıqlar yaranıb
Trampın “BRICS” qorxusu gərginlik yaratdı
Son sorğular, afroamerikalılar arasındakı nüfuzun aşağı düşdüyünü göstərir
Putin-Tramp xəttində külək tərsinə döndü, rus mediasında qarşı ritorika sərtləşdi
Trampın Liberiya prezidentinə dediyi söz qalmaqal yaratdı
ABŞ-da keçmiş FTB və MKİ direktorları vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur
Pentaqonun Ukraynaya silah tədarükünü dayandırması Trampı təəccübləndirib
“DOGE”də güc savaşı – iş adam rəsmən gedib, amma kölgəsi hələ də Ağ Evdə dolaşır
“Son bir məsələ qalır”
Maskın prioriteti “Epstein faylları”nı üzə çıxarmaqdır
ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinin “odla oynamaq” bəyanatı dünya mətbuatında geniş işıqlandırılıb. Həm ABŞ, həm də ərəb mətbuatı iki lider arasında “söz müharibəsi” olduğunu şərh etdi.
Dünya mətbuatında yer alan xəbərlərə görə, Putinin “atəşlə oynamaq” dediyi Trampın tonunu sərtləşdirməsi onun həm ruhi durumunu, həm də yanaşma tərzini göstərir.
***
Qətərdə yerləşən “Əl-Cəzirə” xəbər saytı Rusiyanın keçmiş prezidenti, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Trampın sözlərinə cavab verdiyi xəbərdə Rusiya ilə ABŞ arasında “söz müharibəsi”nin olduğuna diqqət çəkib.
Buna uyğun olaraq, Medvedev Trampın sözlərinə sosial media platformasındakı hesabında yazdığı paylaşımla cavab verib: “Trampın Putinin “odla oynayır” və Rusiyaya “həqiqətən pis işlər gedir” (deyə bilərəm) bəyanatlarına gəldikdə isə, bildiyim yalnız bir pis şey var, o da üçüncü dünya müharibəsidir. Ümid edirəm ki, Tramp bunu başa düşəcək”.
Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bu yazıdan sitat gətirərək, “Üçüncü dünya müharibəsi qorxusunu artırmaq uğursuz, ehtiyatsız şərhdir... və bir dünya gücünə yaraşmaz”, – deyib.
***
ABŞ-dakı “The New York Post” qəzeti də çap olunmuş qəzetinin manşetində Tramp və Putinin fotoşəkilləri ilə yanaşı “Söz müharibəsi” sözlərini də yerləşdirərkən, ABŞ-da yerləşən başqa bir xəbər saytı olan “Politico” isə Trampın sözügedən şərhinin “Tramp administrasiyasının Kremlə yanaşmasında aşkar dəyişikliyin bir hissəsi” olduğuna diqqət çəkib.
Trampın mayın 25-də Putinin “tamamilə dəli olub” yazısını paylaşdığını xatırladan xəbərdə Trampın indiyə qədər ikinci prezidentliyi dövründə Putinə “daha simpatik nöqteyi-nəzərdən” yanaşdığı, eyni zamanda Ukrayna prezidenti Vladimir Zelenskini müharibəyə səbəb olmaqda ittiham etdiyi bildirilib.
“Politico”, Trampın həmin gün paylaşdığı yazı ilə “hədəfini tərsinə dəyişməsi” kimi qiymətləndirdi. Xəbərdə Rusiyanın bir gecədə Ukraynaya həyata keçirdiyi ən böyük hava hücumunda 12 nəfərin ölməsinin bu dəyişikliyə səbəb olduğu xatırladılıb.
***
Britaniyanın “The Independent” qəzeti isə mövzu ilə bağlı xəbərində “Trampın son yazısı onun Ukrayna müharibəsi ilə bağlı artan ictimai tənqidlərə qarşı Putini qoruması qınaqlara səbəb olub”.
Xəbərdə Trampın “atəşlə oynamaq” haqqında sözlərinin Rusiya dövlət mətbuatında necə rezonans doğurduğu da çatdırılıb və “Russia Today”in (RT) Trampın bəyanatını ələ saldığı bildirilib. Müvafiq olaraq, RT-də bir şərhdə Trampın yazısının “ertəsi səhər tam əksini paylaşana qədər yanlışa yer qoymadığı”, – deyilib.
***
Almaniyanın “Der Spiegel” həftəlik siyasi jurnalından Roland Nelles məsələ ilə bağlı öz qiymətləndirməsində Trampın indi “Putin problemi” olduğunu yazıb. Nelles müşahidəsində, “Trampın Putinə qarşı qəfil tonu sərtləşməsi də onun öz əhvalı haqqında çox şey deyir. ABŞ prezidenti Ukraynadakı vəziyyəti tədricən nəzarətə götürməsə, daxili ictimai rəy qarşısında zəif görünməkdən qorxmalıdır”, – fikirlərini bölüşüb.
Trampın seçilməzdən əvvəl 24 saat ərzində müharibəni bitirəcəyinə söz verdiyini xatırladan Nelles, hər şey onun istədiyi kimi getməsə, Trampın böyük böhran meneceri imicinin də zədələnəcəyini bildirib.
“ABŞ prezidentinin vaxtı tükənmək üzrədir. Başını quma gömərək, Ukrayna məsələsində məsuliyyət daşımadığını iddia etmək ona ancaq məhdud şəkildə xidmət edəcək. Avropalılardan başqa Trampın partiyasından, xüsusən də Senatdan bir çox şəxslər də bu məsələdə ona təzyiq edir”.
***
ABŞ prezidenti Donald Tramp prezident olmasaydı, Rusiyanın başına daha pis şeylər gələ biləcəyini iddia edərək, Rusiya prezidenti Vladimir Putin üçün “O, odla oynayır” ifadəsini işlədib.
“Truth Social” hesabında verdiyi açıqlamada Putinə hücum edən Tramp, Rusiya prezidentinə xitab edərək, “Vladimir Putinin dərk etmədiyi budur: Mən olmasaydım, çoxdan Rusiyanın başına çox pis şeylər gələrdi, həqiqətən pis şeyləri nəzərdə tuturam. O, odla oynayır!”
Tramp son vaxtlar bəzi açıqlamalar verib, Rusiyanın Ukrayna ilə atəşkəsə nail olmaqda ləng getdiyini əsaslandırıb və bundan narazılığını bildirib.