Dünyanın ən zəngini, fəzanın da ən güclüsü
Kosmosdakı peyklərin üçdə ikisi İlon Maska məxsusdur
15:15 | 31 may 2025 | Şənbə
Məqaləyə 97 dəfə baxılıb
Şriftin ölçüsü
Kosmosdakı peyklərin üçdə ikisi İlon Maska məxsusdur
“Hyperloop” futuristik nəqliyyat ideyası reallığa çevrilmədi
NASA Ay missiyası ilə bağlı “SpaceX”dən imtina edir
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Günahkar iqlim dəyişikliyidir?
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
Qədim qızıldərili mifologiyası gündəmdə
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
“The New York Times” qəzetinin yazdığına görə, İlon Mask prezidentlik kampaniyası zamanından bəri narkotik istifadəsini artırıb.
“Tesla” və “SpaceX” şirkətlərinin sahibi amerikalı iş adamı İlon Maskın ABŞ prezidenti Donald Trampın 2024-cü ildə iştirak etdiyi seçki kampaniyası zamanı narkotiklərdən “intensiv” istifadə etdiyi iddia edilib.
“The New York Times” (NYT) qəzeti ailə həyatı və uşaqları, Trampa yaxınlığı ilə tez-tez gündəmdə olan Maskın seçki kampaniyası zamanı narkotik istifadəsini artırdığını iddia edib.
Hesabatda Maskın içində təxminən 20 həb olan bir dərman qutusu daşıdığı və əməliyyatlarda anestezik olaraq istifadə edilən yüksək dozada ketamin istifadə etdiyi vurğulanıb.
Bundan əlavə, hesabatda onun vaxtaşırı sintetik narkotik və tərkibində psilosibin olan göbələklərdən istifadə etdiyi iddia edilib.
***
NYT-nin məlumatına görə, Mask daha əvvəl depressiya üçün ketamin istifadə etdiyini və dərmanı iki həftədən bir qəbul etdiyini bildirmiş, sosial media yazılarında və müsahibələrində psixi sağlamlığı ilə bağlı “böyük eniş-yoxuş və sonsuz stress” yaşadığını bildirmişdi.
Qəzetə danışan mənbə onu da bildirib ki, Mask saatlarla video oyunlar oynayır, həddən artıq yemək problemi yaşayır və “X” sosial media platformasında gecə-gündüz paylaşımlar edir.
***
53 yaşlı Mask Ağ Evdə Trampla keçirdiyi mətbuat konfransında suala dəqiq cavab verməkdən yayınıb.
Mask mövzu ilə bağlı verilən suallara, “Rusiya istintaqı ilə bağlı yalan xəbər yaydığı üçün Pulitzer mükafatını qazanan nəşr budur? Mən belə düşünürəm. Bir hakim “The New York Times”ın saxta xəbər orqanı olduğunu bildirib. Bəlkə Pulitzer mükafatını geri versinlər. Mövzunu bağlayaq”, – deyə cavab verib.
ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Maskın müntəzəm narkotik istifadəsi ilə bağlı iddialardan xəbərsiz olduğunu deyib.
Mask haqqında onu narahat edən heç bir şey olmadığını vurğulayan Tramp, “Düşünürəm ki, İlon əla oğlandır. Onunla bağlı məni heç nə narahat etmir”, – deyib.