Dünyanın ən zəngini, fəzanın da ən güclüsü
Kosmosdakı peyklərin üçdə ikisi İlon Maska məxsusdur
16:11 | 5 iyun 2025 | Cümə axşamı
Məqaləyə 116 dəfə baxılıb
Şriftin ölçüsü
Kosmosdakı peyklərin üçdə ikisi İlon Maska məxsusdur
“Hyperloop” futuristik nəqliyyat ideyası reallığa çevrilmədi
NASA Ay missiyası ilə bağlı “SpaceX”dən imtina edir
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Günahkar iqlim dəyişikliyidir?
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
Qədim qızıldərili mifologiyası gündəmdə
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
ABŞ senatoru Elizabet Uorren, İlon Maskı Donald Trump administrasiyasındakı rolundan istifadə edərək öz sərvətini 100 milyard dollar artırmaqda günahlandırdı və Maskın vəzifəsindən maliyyə baxımından faydalandığı 100-dən çox hadisənin təfərrüatlarını əks etdirən hesabat yayımladı.
Dünyanın ən zəngin adamının 130 günlük xüsusi müşavir kimi fəaliyyəti mayın 30-da sona çatdı və o, Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) həddindən artıq xərcləri, israfçılığı və fırıldaqçılığı azaltmaq və on minlərlə federal işçinin kütləvi şəkildə işdən çıxarılmasına nəzarət etdiyi xaotik dörd aya son verdi.
Senator Uorren Maskın Vaşinqtonda işlədiyi müddətdə böyük mənfəət əldə etməsi ilə bağlı yeni hesabat dərc edərək onun siyasi səhnədən getməsini alqışlayıb. Hesabat “İctimai maraqlar üzərində xüsusi maraqlar: İlon Maskın Tramp administrasiyasında 130 günü” adlanır.
Hesabatda deyilir: “Tramp vəzifəyə başlamazdan əvvəl Maskın şirkətləri gözlənilən korporativ sanksiyalara görə ən azı 2,37 milyard dollar potensial öhdəliklərlə üzləşmişdilər”.
Bu sanksiyaların bir çoxu indi dayandırılıb və ya ləğv edilib.
"Maskın şirkətləri federal hökumət, xarici hökumətlər və digər özəl sektor şirkətləri ilə böyük müqavilələr imzalayıb və ya nəzərdən keçirilir", - Uorren davam edir.
Mask və onun adından hərəkət edənlər korrupsiya, etika və maraqların toqquşması ilə bağlı suallar doğuran onlarla şübhəli hərəkətlərdə iştirak ediblər.
Keçən il Respublikaçıların prezidentlik kampaniyasına 288 milyon dollar ianə edən Trampın alovlu tərəfdarı Mask o vaxtdan narazı və küncə sıxılmış bir fiqur oldu. O, Senatdan keçərkən prezidentin “böyük, gözəl qanun layihəsi”nə etiraz edərək bunu “iyrənc biabırçılıq” adlandırdı və mühafizəkar fiskal şahinlərin (dövlət xərclərinin azaldılmasını müdafiə edənlərə “şahinlər” deyilir) dəstəyini qazandı.
Uorren göstərdiyi misalların heç də hamısının qanuna zidd olmadığını açıqlayır, lakin o, Maskın normları heyrətamiz sürətlə və bəzi hallarda federal məmurların maliyyə maraqlarının toqquşması ilə bağlı məsələlərdə iştirakını qadağan edən qanunları pozduğunu iddia edib.
Hesabatda Maskın vəzifədə olduğu hər gün üçün bir olmaqla, ona qarşı 130 iddia edilən cinayət sadalanır. Onlardan bəziləri tam şəkildə baş verdi. Məsələn, Tramp Ağ Evin qazonunu Maskın “Tesla” elektrik avtomobillərini tanıtmaq üçün qalereya kimi istifadə etdi və Ticarət Naziri Hovard Lutnik Cesse Uotters ilə müsahibədə “Fox News” izləyicilərinə “Tesla” səhmlərinə investisiya qoymağı tövsiyə etdi.
Uorren milyarderin xeyrinə ola biləcəyini iddia etdiyi pərdəarxası hərəkətləri də xatırladır. Bunlara NASA-da “SpaceX”ə uyğun dəyişikliklərin tövsiyə edilməsi və iddia edilən federal agentlikləri “Starlink” peyk texnologiyasından istifadə etməyə inandırmağa çalışmaq daxildir. Bu texnologiyanın rədd edilməsinin Maskın Trampla münasibətlərinin pisləşməyə başlamasının əsas səbəblərindən biri olduğu iddia edilir.