
Mərkəzi Asiyada riyaziyyat yarışları niyə artır?
“Olimpiadalar insan kapitalının keyfiyyətini yüksəltməklə inkişafa təkan verir”
“Olimpiadalar insan kapitalının keyfiyyətini yüksəltməklə inkişafa təkan verir”
ABŞ-ın narazı qaldığı məqam
Birgə Hökumətlərarası Komissiya Bakıda toplanıb
Vaşinqtonun nəzəri Mərkəzi Asiyadadır
Bu təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil
Rusiyadan Türkmənistana xəbərdarlıq
Aşqabad Türkmənistan-Rusiya ikili vətəndaşlığı olanlara pasport verəcək
Müharibə başlayandan Türkiyə və Çin bölgədə fəaliyyətini hiss olunacaq dərəcədə gücləndirib
Türkmənistan problemi çözmək üçün Xəzərə üz tutur
Rusiya Azərbaycanı strateji bəyanatı pozmaqda günahlandırır
Provayderlər ehtiyat yayımı üzərində işləyir
Lavrov Çin və Hindistandan əliboş dönüb
Artıq alanlar həbs olunacaq
Aşxabad və Dehli Azərbaycanın təcrübəsindən faydalana bilərlər
Yaşadıqlarını sübut etmək üçün uzun növbələrdə gözləyən pensiyaçılar...
... Yaxud iki dünya arasında keçən həftəsonu
Türkmənistanda 50 ildən artıqdır yanan “Cəhənnəmə aparan qapı” kimi tanınan zəhərli qaz çuxuru bağlanır.
Sovet alimlərinin səhvən açdıqları çuxur nəticəsində yerin altından çıxan zəhərli qaz 50 ildir ki, fasiləsiz yanır. “Cəhənnəmə aparan qapı” kimi tanınan və rəsmi olaraq “Qaraqumun Parıltısı” kimi tanınan bu 70 metr diametrli zəhərli qaz çuxuru artıq sona çatmaq üzrədir.
1971-ci ildən bəri yanan alovlu macəranın ilk dəfə alimlər tərəfindən cəmi bir neçə gün davam edəcəyi bildirilmişdi. Məşhur inancın əksinə olaraq, təsadüfən qazılmış çuxur 50 il yanmağa davam etdi. Bu nəhəng çuxur turistlərin də diqqətini çəkdi. Bununla belə, ekoloqlar metan qazının dayanmadan israf olmasına görə tənqidi edilib.
***
Türkmənistanın “Türkmənqaz” dövlət enerji şirkətinin direktoru İrina Luryeva qalıq yanacaq konfransında bildirib ki, yanğın indi keçmişlə müqayisədə 3 dəfə zəifdir.
“Əvvəllər alovdan çıxan parıltı kilometrlərlə uzaqdan görünürdü. Bu gün isə ancaq kraterin ətrafından görünür”, – deyən Luryeva alovların azaldığını bildirib.
Yanğınların sönməyə yaxınlaşmasında yeraltı təbii qaz axınının zəifləməsi təsirli olub. Səlahiyyətlilər 2022-ci ildən ərazidə yeni qaz quyularının açıldığını, köhnə nasosların yenidən işə salındığını bildiriblər. Bu təşəbbüslər sayəsində qaz birbaşa enerji istehsalı üçün istifadə olunmaq üçün digər quyulara yönəldilir.
***
Kraterin tarixi hələ də tam məlum deyil, çünki Sovet dövründə rəsmi olaraq qeydə alınmayıb. Lakin ən çox yayılmış fikir kraterin qazma qəzası zamanı torpağın çökməsi nəticəsində əmələ gəlməsidir. Daha sonra ətrafa yayılan metanın ətraf mühitə ziyan vurmasının qarşısını almaq üçün yanğına start verilib.
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov 2019-cu ildə krater ətrafında toplaşaraq alovun hələ də yandığını dünyaya nümayiş etdirdi. Lakin 2022-ci ildə kursunu dəyişdi və bu simvolik çuxuru söndürmək qərarına gəldi.
“Biz dəyərli təbii sərvətlərimizi boş yerə itiririk”, – deyən Berdiməhəmmədov bu qazın xalqın rifahı üçün istifadə edilməli olduğunu vurğulayıb.