ABŞ-a viza məhdudiyyəti aradan qalxdı
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
12:52 | 8 iyun 2025 | Bazar
Məqaləyə 261 dəfə baxılıb
Şriftin ölçüsü
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Reyqandan Trampa – 45 ilin kabusu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
ABŞ prezidenti bankirlə quda olur
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
“Tesla” və “SpaceX” şirkətlərinin sahibi, amerikalı iş adamı İlon Maskın ABŞ prezidenti Donald Trampın adının “Epşteyn” qalmaqalında yer aldığını iddia etməsindən sonra Nümayəndələr Palatasının iki Demokrat üzvü həmin faylların məxfiliyinin qaldırılmasını və dərc edilməsini istəyib.
“The Hill” bildirir ki, Nümayəndələr Palatasının demokrat üzvləri Stiven Linç və Robert Qarsiya bu məsələ ilə bağlı ABŞ-ın baş prokuroru Pam Bondi və Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kaş Patelə məktub göndəriblər.
Məktubda Linç və Qarsiya Trampın adının “Epşteyn” dosyesində yer alması iddiasına dərhal aydınlıq gətirilməsini və tələb olunan məlumat və sənədlərlə birlikdə cavab verilməsini istəyib.
“Epsteyn” fayllarının dərc olunmasını tələb edən ikili, bu sənədlərin məxfilikdən çıxarılması və ictimaiyyətə açıqlanması qabiliyyətinin müəyyən edilməsində Trampın Ədliyyə Departamentinin rolu ilə bağlı suallar verib.
İkili həmçinin faylların yayılmasında iştirak edən bütün işçilərin siyahısını və Federal Sirlərin Məxfilikdən Çıxarılması üzrə İşçi Qrupa əvvəllər təqdim edilmiş sənədlərə nə üçün ciddi düzəlişlər edildiyinin izahını istəyib.
Linç və Qarsiya, "Prezidenti həqiqətdən və hesabatlılıqdan qorumaq üçün “Epşteyn” fayllarının yayılmasının qarşısını almaq üçün edilən hər hansı cəhd Konqres və Ədliyyə Departamentinin ciddi araşdırmasına layiqdir”, – dedi.
Ədliyyə Nazirliyi və FTB məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Trampın imzaladığı vergi və immiqrasiya qanun layihəsini tənqid etməsindən qaynaqlanan söz atışmasında Mask, Trampın verdiyi dəstək sayəsində 2024-cü il seçkisini qazandığını və prezidentin adının “Epşteyn” fayllarında olduğunu və bu səbəbdən faylın yayımlanmadığını iddia etmişdi.