
İsraildən Fransaya sərt mesaj
“Paris küçələrində təhlükəsizliyi qoruya bilərsinizmi?”
“Paris küçələrində təhlükəsizliyi qoruya bilərsinizmi?”
ABŞ Fransanı Qəzza məsələsinə yaxın buraxmır
Birləşmiş PMI son 10 ayın ən yüksək həddində
İş yerində və məktəblərdə istirahətləri yaradılacaq
Ölümlərin sayının doğumları keçməsi 10 il tez baş verdi
Mədəniyyət Naziri Raşida Datiyə cinayət işi açılıb
Fransada liderlərə dəstək tarixi minimumda
Dövlət borcu 3,3 trilyon avronu keçdi, sosial yardımlar dondurulur
Fransa hökumətindən sərt qənaət qərarı
KNDS-in dəyərinin təxminən 20 milyard avro olduğunu bildirilir
Fransada hərbi xidmət geri qayıdır
Kamera yoldaşının çantasında gizlənərək qaçdı
Onlarla ev və avtomobil yanıb, nəqliyyat iflic olub
Makronun xanımı onun əlini niyə havada qoydu?
Fransa və Almaniyada Asiya pələng ağcaqanadı təhlükəsi
Minlərlə “Mercedes-Benz” geri çağırıldı
Fransız milyarder Pier-Eduard Şterinin (Pierre-Édouard Stérin) mühafizəkar baxışları dəstəkləyən layihələrə 30 milyon avroya yaxın pul xərcləməsi siyasətdə “milyarder effekti” ilə bağlı müzakirələri qızışdırıb. Şterin bu investisiyaları “Périclès” adlı təşəbbüsü ilə edib. Lakin o, barəsində açılan parlament istintaqında ifadə verməyə hazırlaşmır.
Şterin şirkəti “Smartbox” hədiyyə fəaliyyətləri üzrə ixtisaslaşıb. Şirkətin müştəriləri sevdikləri üçün maddi hədiyyə əvəzinə müxtəlif fəaliyyətlərdən ibarət “təcrübə paketləri” alırlar.
Milyarder sahibkarın şübhəli fəaliyyətini araşdırmaq üçün yaradılmış parlament araşdırma komissiyası bu layihələrin Fransanın siyasi maliyyələşdirmə qanunlarına zidd olub-olmadığını araşdırmaq məqsədi daşıyır.
Bununla belə, Şterin yalnız təhlükəsizlik səbəbi ilə video bağlantı vasitəsilə ifadə vermək istədiyini söyləyib. Komissiya sədri Tomas Kazenave bunu “gecikdirici taktika” kimi qiymətləndirib.
***
“Perikles”in baş direktoru Arno Reroll (Arnaud Rérolle) keçən həftə Şterinin yerinə ifadə verərək Fransanın iqtisadi və sosial vəziyyətini “kritik” adlandırıb. Reroll, onun layihələrinin “metapolitik təşəbbüsləri dəstəkləyən siyasi spektrin sağında bir inkubator” olduğunu söyləyib. Bununla belə, Reroll dəstəklədiyi 600 təşəbbüsün yalnız 15 faizini açıqlayıb və heç bir siyasi namizədi birbaşa dəstəkləmədiyini bildirdi.
“Périclès”in dəstəklədiyi layihələr arasında ifrat sağçı “L’Incorrect” jurnalı və “Oyanış” hərəkatını tənqid edən “Dekolonizasiya Rəsədxanası” da var. Bu təşkilat “Woke” (Oyanış) hərəkatını tənqid edir. “Woke” ABŞ-da ortaya çıxan, sosial ədaləti və irqi bərabərliyi vurğulayan hərəkatlar üçün çətir terminidir. İfadə afro-amerikanların “oyaq qalmaq” ifadəsinə istinad edir.
300 bələdiyyəyə 150 milyon avro!
Həddindən artıq solçu “Boyun əyməyən Fransa” (LFI) partiyasından olan parlament üzvü Pyer İv Kadalen (Pierre-Yves Cadalen) “Périclès”in əsl niyyətlərini şübhə altına alıb və “L’Humanite” qəzetinin sızdırdığı sənədə diqqət çəkib. Buna əsasən, “Périclès” 2026-cı ildə keçiriləcək yerli seçkilərdə ifrat sağçı “Milli Birlik” (RN) partiyasının 300 bələdiyyəni qazanmasını təmin etməyi qarşısına məqsəd qoyub.
Sənədə əsasən, 2027-ci il seçkilərinə qədər “islamçılıq, immiqrasiya və gender ideologiyası” ilə mübarizəyə ümumilikdə 150 milyon avro xərclənməsi planlaşdırılır. Bildirilir ki, RN lideri Cordan Bardella və Marin Le Pen bu layihədə “etibarlı adamlar” kimi iştirak edirlər.
Bu planlardan son dərəcə narahat olan Kadalen, “Milyarderlərin siyasətə bu qədər müdaxiləsi demokratiyamız üçün böyük təhlükə yaradır”, – deyib.
Fransada 11 milyarderin ölkədə gündəlik çap mediasının 80 faizinə sahib olduğu və televiziya və radioda ümumi izləyici və dinləyici nisbətinin yarısından çoxuna nəzarət etdiyi bildirilir.
Bu adların başında Vinsent Bollore (Vincent Bolloré) dayanır. Onun sahib olduğu media orqanları arasında “CNews” xəbər kanalı, “Europe 1” radiostansiyası, həftəlik “JDD” qəzeti və rəy sorğusu şirkəti “CSA” var. Kadalen iddia edir ki, bu media qrupları birlikdə “həddindən artıq sağçı fikirləri yaymaq gücünə” malikdirlər.
Strasburq Universitetinin siyasi iqtisad professoru Abel Fransuanın sözlərinə görə, “əvvəllər milyarderlər tenderlərdə media investisiyaları vasitəsilə üstünlük əldə etmək istəyirdilər. İndi onlar ideoloji təsir axtarırlar”.
Özünüsenzura və təhdidlər
“DW”yə danışan jurnalist Amori de Roşeqonda (Amaury de Rochegonde) görə, bu media inhisarçılığı jurnalistlərə də təzyiq göstərir: “Bir gün bu milyarderlərə məxsus media orqanlarında işləməli ola biləcəyini düşünən bir çox jurnalist özünüsenzura tətbiq edir”.
Media tarixçisi Aleksis Levriye (Aleksis Lévrier) Bollorenin “CNews” telekanalının lisenziyasının ləğv edilməli olduğunu dediyi müsahibədən sonra minlərlə təhdid mesajı alıb. Bəzilərində ölümlə təhdid mesajlarının içərisində, hətta bir hədə silah satıcısından gəlib.
Yeni qanun yoxsa şəffaflıq?
“Adətən, iş dünyası ənənəvi partiyaları dəstəkləyir. Bu gün bir çox sahibkar mütərəqqi dəyərlərə malikdir, bərabərliyi və iqlim dəyişikliyi ilə mübarizəni dəstəkləyir”, – deyən tarixçi Erve Joliyə (Hervé Joly) görə, Şterin və Bollore bu xüsusiyyətdə istisnadır.
Bununla belə, “LFI”ni parlament üzvü Kadalenə görə, vəziyyət təcilidir: “Biz ABŞ-dakı kimi media sisteminə doğru gedirik. “Fox News” Trampın qanunsuzluğunu qanuniləşdirir. Bizdə də oxşar təhlükə var”.
“Ensemble!” partiyasının millət vəkili Eleonora Karoyt (Eléonore Caroit) hesab edir ki, həll yolu yeni qanunlar deyil, şəffaflıqdır: “Biz “Périclès” kimi layihələri ifşa etməklə onları zərərsizləşdirə bilərik. Bu da ona görədir ki, Şterin bunu göstərmək istəmirdi”.
Şterini ifadə verməkdən imtina etdiyinə görə iki il həbs və 7500 avro cərimə gözləyir.