
Osmanlını kim yıxdı?
Qərb və yəhudi bankirlər, yoxsa ...
Qərb və yəhudi bankirlər, yoxsa ...
Ekspertlər siyasəti günahlandırır
Özü dünya turuna çıxıb
2026-cı ildə kiçik elektrikli avtomobil seriyası bazara çıxacaq
Avropa bazarında Çin avtomobillərinin satışı iki dəfədən çox artıb
Əyalətlərdə artan maşın sayı böyük şəhərlərdə azalıb
Almaniya polisi şahid axtarır
AB üzvü olan bir ölkədə sürət həddi artırılır
Fransa istehsalı avtomobillərin əyləc sistemindəki nasazlıq nazirliyi hərəkətə keçirdi
Türkiyədə qeydə alınan avtomobil sayında “Renault” və boz rəng üstünlük təşkil edib
İsveçrədə sürət həddini aşan multimilyoner 500 dəfə çox – 95 min avro cərimələndi
50-lik yolda 77 km/s sürətlə gedən sürücüyə fantastik cərimə
Avropa mədəniyyəti deyildiyi kimi deyilmiş
Nazirlik iddia yalanladı
Belçikada tətbiq olunan məbləğə Azərbaycanda 10 ilin maşınını almaq olar
Avropada metal və elektrik sektorunda kütləvi ixtisarlar
Avropada aparılan araşdırma zamanı məlum olub ki, sürücülər yay tətilinə getməzdən əvvəl təkərlərin yoxlanılmasına diqqət yetirirlər, lakin əksəriyyət sıradan çıxmış təkərin necə dəyişdiriləcəyini bilmir.
“Bridgestone” və “OpinionWay” tərəfindən aparılan sorğuya görə, fransız sürücülərin 82 faizi yay tətili səfərlərindən əvvəl təkərlərin təzyiqini, 77 faizi isə təkərlərinin ümumi vəziyyətini yoxladıqlarını bildirib. Bu təhlükəsizlik şüuru müsbət qarşılansa da, praktikada problemlər var. Sorğuda iştirak edənlərin yalnız 39 faizi təkəri partlamış təkəri təkbaşına dəyişdirə bildiyini deyir.
***
Sürücülərin 26 faizi təkər partlayanda birbaşa evakuator çağırır, 20 faizi isə deşilmə əleyhinə dəstlərə üstünlük verir. Yalnız 11 faizi partlayan təkərlə 80 km məsafə qət edə bilən runflat təkərlərdən istifadə edir.
Təkər mağazasında təkər dəyişdirmək 20 ilə 45 Avro arasındadır. Lakin magistral yolda təcili müdaxilə tələb olunarsa, bu xərc 150 Avroya qədər çıxa bilər. Deşilmə əleyhinə dəstlər 10-100 Avro arasında satılır.
***
Həddindən artıq köhnəlmiş təkərlərlə sürmək sürücülük təhlükəsizliyini riskə atmış olur və həm də qanuni cəhətdən pozuntudur. Fransada bu, 4-cü dərəcəli yol hərəkəti pozuntusu hesab edilir və 135 avro cərimə nəzərdə tutur. Əgər vaxtından əvvəl ödənilirsə, cərimə 90 avroya enir, gec ödənilərsə 375 avroya, ödənilməsə 750 avroya qədər qalxa bilər.