
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
Pis niyyətə düşənlərin sonu bəllidir
Yeni güzəştləri tətbiq ediləcək
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
Bütün universitetlərin yataqxanası olmalıdır
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
Millət vəkili həyəcan təbili çalır
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
Milli Məclisin dünən keçirilən iclasında «Banklar haqqında» və «Sığorta fəaliyyəti haqqında» qanunlara əlavə və dəyişikliklər müzakirə edilib. «Banklar haqqında» Qanunun banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına sanksiyaları hissəsinə 60.1.4 -cü maddə əlavə edilib. Həmin maddəyə əsasən, Vergi Məcəlləsinin 76.2-1-ci maddəsinin tələblərini icra etməməyə görə - aparılmış əməliyyatın ümumi məbləğinin 30 faizi miqdarında, bu hesablar üzrə əməliyyat aparılmadıqda isə hər belə hesab üçün 400 manat məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.
Məcəlləyə yazılmış xüsusi qeyddə göstərilir ki, bu, ABŞ-da qüvvədə olan FATCA (Xarici hesablardan vergi tutulması qanunu) ilə bağlıdır. Həmin qanun ABŞ vətəndaşlarının xarici hesabları barədə banklar arasında məlumat mübadiləsini nəzərdə tutur. Məlumat mübadiləsinin məqsədi vergidən yayınmanın qarşısını almaqdır. Bu məqsədlə Azərbaycan Respublikasının qanunlarına xarici rezidentlərin hesabları barədə məlumat mübadiləsinə dair müddəalar əlavə edilir.
«Sığorta fəaliyyəti haqqında» Qanuna əlavə edilən 6.2.10. maddədə göstərilir: «Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hədlərdə və qaydada birbaşa və ya müvafiq icra hakimiyyəti orqanı vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına verilir».
«Banklar haqqında» Qanunun «Bank sirri» adlanan 41-ci maddəsinin davamı olaraq 41.2-ci maddə əlavə edilib. 41.2-ci maddəyə əsasən: «Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hədlərdə və qaydada birbaşa və ya müvafiq icra hakimiyyəti orqanı vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına verilir». Deputatlar qanun layihələrinə səs verərək təsdiqləyiblər.