
“Prezident ciddi islahatlara gedir”
“İqtisadi, institutsional, siyasi dəyişikliklərə start verilib”
“İqtisadi, institutsional, siyasi dəyişikliklərə start verilib”
Millət vəkili: «Qiymət artımları ilə bağlı analiz aparılmalı, səbəblər müəyyənləşdirilməli və tədbirlər görülməlidir»
Millət vəkili: «Bahalaşmanın qarşısını almaq üçün hökumətin əlində rıçaqlar mövcuddur»
Millət vəkillərinə arxa çevirən vəzifəli şəxslər
Ekspertlər deyir ki, dövlət dəstəyi daha da artırılmalıdır
Ekspertlər qeyri-neft ixracının daha da artacağını proqnozlaşdırırlar
Vahid Əhmədov bir sıra nazirliklərin ləğvi anonsunu verdi
Deputatdan qanun layihəsinə etiraz
Vahid Əhmədov: «Qiymətlərin qalxması faktdır»
«Hansı qüvvələr istəmir ki, Rəqabət Məcəlləsi qəbul olunsun?»
Deputatlardan hökumətə sərt suallar-büdcə müzakirələrində gərgin atmosfer
«Haqqımda bu xəbəri yayanlar barədə ölçü götürəcəm!»
Deputatdan sənədsiz evlərin sahiblərinə yeni xəbər
Deputat «dollar oyunu»ndan danışdı, palata sədri əsəbləşdi
«Bank üçün ağlayırsız, bəs insanların gününə kim ağlayacaq?»
Vahid Əhmədov: «Gördülər ki, Azərbaycan ordusu güclüdür, tez əl-ayağa düşdülər...»
Uzun illərdir Azərbaycanda maliyyə amnistiyası ilə bağlı gəzən söz-söhbətlər, nəhayət ki, öz həllini tapacaq. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov modern.az-a açıqlamasında yaxın vaxtlarda Azərbaycanda maliyyə amnistiyası olacağını bildirib.
Deputatın sözlərinə görə, bununla bağlı xüsusi qərar layihəsi hazırlanır: «Maliyyə amnistiyasının elan olunması gündəmdədir. Hətta bu yaxınlarda vergilər naziri Fazil Məmmədov da belə bir bəyanat verdi ki, xarici ölkələrdəki maliyyənin Azərbaycana gətirilməsi üçün maliyyə amnistiyası həyata keçiriləcək. Təbii ki, burada söhbət qeyri-qanuni, vergidən yayınma yolu ilə əldə edilmiş və gizlədilmiş əmlakın, həmçinin gəlirlərinin leqallaşdırılmasından gedir».
Konkret rəqəmlər söyləyə bilməyəcəyini deyən V.Əhmədov xaricə vəsait aparan, Azərbaycandan kənarda investisiya layihələri həyata keçirənlərin kifayət qədər olduğunu bildirib: «İri şirkətlər Azərbaycanda işləyir, pul qazanırlar. Həmin şirkətlərin rəhbəri kifayət qədər gəlir əldə edir, lakin vəsaitlərini Azərbaycandan kənarda xərcləyirlər. İstəyirik ki, Azərbaycanda qazanılan gəlir Azərbaycanın daxilində qalsın».
Vahid Əhmədov daha bir maraqlı məsələ barədə anons edib. O qeyd edib ki, Milli Məclisdə «Banklar haqqında» Qanuna edilən əlavə və dəyişikliklərdən sonra xarici banklarda əmanəti gizlətmək asan olmayacaq. Qanuna edilən əlavələrə görə, Azərbaycan vətəndaşları xarici banklarda olan hesabları haqqında dövlətə məlumat verməlidirlər: «Bu dəyişikliklər ilk növbədə valyuta axınının Azərbaycandan kənara axınının qarşısını almaq üçündür. Qanunda edilən əlavə və dəyişikliklər isə həmin vəsaitlərin Azərbaycan daxilində istifadə olunmasına hesablanıb».
Deputatın sözlərinə görə, banklar hamısı internet sistemi ilə bir-biri ilə əlaqəli işləyirlər. Bundan başqa, Mərkəzi Bankın monitorinq qrupu var ki, o da bu istiqamətdə fəaliyyət göstərir. «Çirkli pullar»ın yuyulması faktlarını aşkarlamaq bu qrup üçün çətin olmayacaq: «İndi elə bir vaxtdır ki, heç nə gizli qalmır. Kimin harada nə qədər pulu-vəsaiti var, məlumdur».