
“Rusiya, sus!”
Cənubi Qafqaz ölkələrindən Putinə “şillə”lər davam edir...
Cənubi Qafqaz ölkələrindən Putinə “şillə”lər davam edir...
Nəqliyyat nazirini işdən çıxardı
Merkel Oval kabinet xatirələrini danışıb
Putin Leinini niyə sevmir?
Hər yerdə miqrantlara hərbi müqavilə imzalatdırmağa çalışırlar
Putinin zəhərli ideologiyası epidemiya kimi yayılır
Metamorfoz – Putin və Rusiya dövləti gerçək ayıya çevrilir...
Keçmiş kansler: “Bir ölkənin varlığı şübhə altına alınırsa, ...”
Putinin III Dünya müharibəsi ilə bağlı açıqlaması: “Ehtimal artır”
İlk dəfə Merz haqqında danıan Putin Almaniyaya xəbərdarlıq edir
Putin: “Rus əsgərinin ayaq basdığı hər yer ...”
Putin Rusiya iqtisadiyyatı ilə bağlı xəbərdarlıq etdi
Hitler, Putin və Trampa narsisizm bucağından baxış və psixoloji araşdırma
Tramp: “Bir məsələdə həmfikirik”
9 milyon sursat, minlərlə əsgərlə birlikdə
Keçmiş MKİ rəhbərinin Rusiya ilə bağlı ilginc iddiaları
İyunun 25-də Angela Merkel və Fransua Olland Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Petro Poroşenko ilə telefonla danışıb. ABŞ dövlət katibi Con Kerri bildirib ki, Putin sülhün təmin olunmasına və separatçıları dəstəkləməyəcəyinə söz verməlidir. Məlumatı «Deutsche Welle» xəbər portalı yayıb.
Rusiya və Ukrayna liderləri ilə danışdıqdan sonra Almaniya kansleri və Fransa prezidenti bildiriblər ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) sülhün bərpa olunmasına nəzarət edə bilər. Onlar həmçinin hər iki tərəfdən məhbusları sərbəst buraxmağı tələb ediblər.
«Olland və Merkel Rusiya və Ukrayna prezidentlərini xüsusən sülhün əldə olunmasında birgə əməkdaşlığa dəvət ediblər», - Fransanın prezident administrasiyası bildirib.
Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer telefon görüşməsindən əvvəl demişdi ki, Olland və Merkel iyunun 24-də separatçıların atəşkəsi pozması və Ukrayna hərbi vertolyotunu vurması ilə bağlı Putindən «aydın açıqlama» əldə etməlidirlər. Həmin hadisədə 9 nəfər ölmüşdü. «Ukrayna ilə əməkdaşlığın necə yaradılmasının təfərrüatları da elan olunmalıdır», - Ştaynmayer iyunun 25-də bildirib.
ABŞ dövlət katibi Con Kerri münaqişəyə görə Rusiyanı tənqid edib. ABŞ Putini Ukraynadakı separatçıları dəstəkləməkdə günahlandırır. «Biz hesab edirik ki, Putinin bunu təkcə sözdə deyil, əməldə də sübut etməsi çox vacibdir. O, sərhəddən silahların və döyüşçülərin keçməsini dayandırmalı, separatçılardan silahları yerə qoymağı tələb etməli, Rusiya qüvvələrini və texnikalarını geri çəkməli, ATƏT-in girov götürülən nümayəndələrinin azad olunmasına kömək etməlidir», - Con Kerri deyib.
Rusiyadan səs çıxmır
İyunun 25-də NATO-nun baş katibi Anders Foq Rasmussen Rusiyanın son vaxtlar heç bir cavab vermədiyini, sülh uğrunda heç bir səy göstərmədiyini bildirib. NATO üzv ölkələrinin xarici işlər nazirlərinin görüşündən əvvəl o belə deyib. «Təəssüf ki, Rusiya beynəlxalq öhdəliklərə əməl etdiyini göstərən heç bir addım atmır. Bu gün biz Rusiya ilə münasibətlərimizi nəzərdən keçirəcək və bundan sonra nə edəcəyimiz haqqında qərar verəcəyik», - Rasmussen deyib.
Xatırladaq ki, iyunun 21-də Ukraynanın birtərəfli atəşkəsindən sonra Putin Kiyev hökumətinə dəstəyi artırmaqda istəkli görünürdü. Rusiya lideri Ukraynanın şərqindəki separatçıları hökumətlə dialoqa dəvət etmiş, həmçinin sülh planının icrasını dəstəkləyəcəyini bildirmişdi.
Çərşənbə günü Rusiya parlamenti Putinin Ukraynaya qoşun yeritməsinə icazə verən 1 mart qərarını ləğv edib. Həmin qərar Putinin parlamentə müraciətindən sonra ləğv olunub. Rusiya Duması da öz növbəsində, Putini Krımda vəziyyəti sabitləşdirməyə çağırıb.