Ermənistanda “800 fransız hərbçisi” iddiası
Seçki öncəsi dezinformasiya dalğası güclənir
20:21 | 1 iyul 2014 | Çərşənbə axşamı
Məqaləyə 1663 dəfə baxılıb
Şriftin ölçüsü
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Parisdə lüks mağaza qarət olundu
Qanunsuz miqrantlarla evlilik mübahisələri böyüyür
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
Fransada çörəyin içindən çıxan qorxutdu
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Fransada insanların üzlərini bağlamasına qadağa qoyan qanunun qüvvədə qalması haqda qərar verib. Bu qanun daha çox müsəlman qadınlara toxunur və onların bürqə geyinməsinə əngəl olur. Qanuna qarşı şikayət keçən il 24 yaşlı fransız vətəndaşı tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim edilmişdi.
Yarım ildən çox gedən müzakirələrdən sonra AİHM iyulun 1-də Fransada insanların üzlərini örtməsinə qadağa qoyan qanunun insan hüquqlarını pozmadığına dair qərar verib. Qərarla bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.
Şikayətçi qismində çıxış edən 24 yaşlı qadın sözügedən qanunun məxfilik, din azadlığı və ifadə azadlığını pozduğunu iddia edərək, ötən il məhkəməyə şikayət göndərmişdi. O bildirmişdi ki, niqab (üzü duvaqla örtən qadın geyimi) geyinmək qərarını özü və könüllü surətdə vermişdi. Nə həyat yoldaşı, nə də ailəsi onu buna məcbur etməmişdi.
2011-ci ildə sabiq prezident Nikola Sarkozinin təşəbbüsü və Fransua Ollandın başçılıq etdiyi sosialist hökumət tərəfindən dəstəklənən qanuna əsasən, üz örtüyü daşıyan şəxslər 150 avro məbləğində cərimə ödəməli olurlar.
Müzakirələr zamanı şikayətçinin britaniyalı vəkili Toni Muman (Tony Muman) onu «ali təhsil almış nümunəvi Fransa vətəndaşı və Fransaya qarşı vətənpərvər hisslər bəsləyən bir insan» kimi təsvir etmişdi.
Qeyd edək ki, Fransada bir çoxları bu qanunun niqab və bürqə geyinməyə məcbur edilən müsəlman qızlarını azad etdiyini bildirsələr də, müsəlman icması qadağanın ictimaiyyətin İslam haqda rəyinə pis təsir etdiyini deyib. (Reuters)