
«10 yaşından atasız böyümək çox çətin oldu»
«Topçu İsgəndər»in qızı Bakıya gəldi, Milli Qəhrəmanın məzarını ziyarət etdi
«Topçu İsgəndər»in qızı Bakıya gəldi, Milli Qəhrəmanın məzarını ziyarət etdi
Ali məktəb rəhbərləri mandatdan məhrum olmaq ehtimalından danışdılar
«Yeni bina tikilirdi, yarım il gözləyə bilməzdilər?!»
Adolat Aznaurova: «Sonuncu dəfə bizi otağına buraxmamağı tapşırdı»
Milli Qəhrəmanın qızını imtahana buraxmayan rektor-deputat danışdı
Deputatlar cəbhə xəttindəki vəziyyətdən danışdılar
Deputatlar cəbhə xəttindəki vəziyyətdən danışdılar
Deputatlar cəbhə xəttindəki vəziyyətdən danışdılar
Xəbər verdiyimiz kimi, Milli Qəhrəman İsgəndər Aznaurovun «Odlar Yurdu» Universitetində təhsil alan qızı Adolat Aznaurova universitetə olan 2 min manat borcunu ödəmədiyi üçün ötən gün dövlət imtahanına buraxılmamışdı. Məsələnin ölkə mətbuatında geniş səs-küyə səbəb olmasından sonra rektor Əhməd Vəliyev bu gün Adolat Aznaurovanı qəbul edib.
Adolat Aznaurovanın azxeber.com-a veridiyi məlumata görə, rektor onun imtahana buraxılmaması üçün verdiyi tapşırığı ləğv edərək, 2 min AZN-ni də istəməyib: «Rektorun qəbulundan indi çıxdım. O mənə dövlət imtahanına buraxılacağımı dedi. Təhsilim üçün əvvəl tələb edilən 2 min AZN-nin isə ləğv edildiyini dedi».
Xatırladaq ki, Əhməd Vəliyev ötən gün bu məsələ ilə bağlı açıqlamasında tələbənin kəsirlərinin olduğu üçün imatahana buraxılamdığını demişdi: «Əvvəla onu deyim ki, bizim universitetdə «Beynəlxalq münasibətlər» fakültəsinin illik ödənişi 4000 AZN-dir. Onlar ABU-dan «köçürmə» ilə bizə gəldikləri üçün onlara güzəşt edilib və 2000 AZN ödəniş istənilir. Mən çalışıram ki, hamıya hörmət edim. Əgər tələbənin digər imtahanlardan kəsri varsa, o zaman onun Milli Qəhrəman qızı olması bizim üçün fərq etmir. Ola bilsin ki, onun kəsirləri olduğu üçün dövlət imtahanına buraxılmayıb. Mən bu məsələni araşdıracam».
Adolat Aznaurova isə bundan sonra verdiyi müsahibədə heç bir kəsirinin olmadığını, onun ödəniş etmədiyi üçün dövlət imtahanına buraxılmadığını demişdi.