
Vəzifə maaşları diferensial artırıb
Baş nazir kimlərin əməkhaqqısını və neçə faiz qaldırdı?
Baş nazir kimlərin əməkhaqqısını və neçə faiz qaldırdı?
Üç milyondan artıq vətəndaşın gözlədiyi artım
Rəsmi təkliflər bu həftə təqdim ediləcək
Birdəfəlik 1200 manat, aylıq 250 manat ödəniləcək şəxslər müəyyənləşdi
Mənzil alanda faizin geri qaytarılması şərtləri necədir?
Daxili siyasəti düzgün aparmaq üçün müsbət beynəlxalq fon lazımdır
Dünyada gələn il üçün ürəkaçan proqnozların olmadığına görə, daxili hədəflər aktuallaşacaq
Prezident İlham Əliyev bu məsələyə yenidən toxunub
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
Əli Əsədov fərman imzaladı
Vacib məsələ həll olundu, qaldı – tərcümə, termin, oxucu azlığı və istəksizliyi problemi
ƏDV-dən azad olunan çap məhsulları
Konseptual sənədlərin layihələrini kim gecikdirir?
Ödənişli istifadə qaydaları ilə bağlı yeni qərara sözardı...
Mərkəzi Bankdan kredit açıqlama
Ekspertlər: “Problemli kreditlərin faiz və cərimələri silinəcək, məhkəmələrdəki işlər geri çağırılacaq”
«Dünyada mövcud olan təcrübəni öyrənirik və görürük ki, orada banklar bu sahədə çox müsbət rol oynayır. Banklar iqtisadiyyatın real sektoruna vəsait ayırır. Bizdə də belə olmalıdır. Bizdə isə belə deyildir. Bu sahəyə çox ciddi fikir verilməlidir». «Trend»in məlumatına görə, bunu iyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda yekun çıxışı zamanı deyib.
İlham Əliyev deyib ki, bu gün dövlət büdcəsində banklara güzəştli şərtlərlə nəzərdə tutulan 300 milyon manat kreditlər verilir ki, banklar bu vəsaiti sahibkarlara paylasınlar: «Yəni, bu, bankların öz resursları deyil, dövlətdən verilən resurslardır. Banklar bunu paylayır, eyni zamanda, hələ pul da qazanırlar. Yəni, bu, Azərbaycan dövlətinin özəl banklara olan böyük bir imtiyazıdır, güzəştidir. Hansı ölkədə dövlət özəl banklara pul verir, özü də bu şərtlərlə?! Amma bizdə Mərkəzi Bank lazım gəldikdə özəl banklara kredit resursları verir ki, onlar pul qazansınlar. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə banklara hər il 300 milyon manat verilir ki, pul qazansınlar. Bəs onlar nə üçün iqtisadiyyatın real sektoruna kreditlər ayırmırlar? Nə üçün daha çox istehlak kreditləri verirlər? Pul qazanmaq üçün.
Mən etiraz etmirəm, ancaq dövlətin siyasəti vardır və dövlət özəl bankları dəstəkləyir. Qeyd etdiyim kimi, kreditlər verir, şərait yaradır ki, pul qazansınlar».
Dövlət başçısı deyib ki, özəl banklar da öz məsuliyyətini dərk etməlidirlər: «Dövlət siyasətini, xüsusilə ölkəmizin inkişafı ilə bağlı olan siyasəti görərək kənarda durmaq nə dərəcədə mümkündür?! Əgər belədirsə dövlət o banklara niyə kömək göstərməlidir?! Ona görə, burada çox ciddi islahatlar aparılmalıdır. Birinci növbədə məsələ təhlil edilməlidir. Yəqin ki, bu təhlil vardır. Mənə məlumat verilməlidir ki, Azərbaycanın özəl bankları iqtisadiyyatın real sektoruna hansı həcmdə, nə qədər vəsait qoyur. Onların kredit portfelində iqtisadiyyatın real sektoruna ayrılan vəsait ya investisiya, ya kredit şəklində nə qədərdir və onlar digər sahələrə nə qədər kredit ayırırlar? Mən bunu bilməliyəm və ondan sonra öz qərarımı verəcəyəm. Yenə də deyirəm, mən Azərbaycanın özəl sektorunun inkişafına çox böyük dəstək verirəm. Əgər belə olmasaydı, bu gün bu qədər inkişaf olmazdı. Ancaq, eyni zamanda, özəl sektor da öz məsuliyyətini dərk etməlidir və ümumi işimizə töhfə verməlidir».