
Əlillik verilməsi niyə uzanır?
Qazi özünü niyə təhsil, vergilər və polis idarələrinin deyil, icra hakimiyyəti qarşısında yandırıb?
Qazi özünü niyə təhsil, vergilər və polis idarələrinin deyil, icra hakimiyyəti qarşısında yandırıb?
Kəmaləddin Heydərov: “Qəzalı evlərin sakinləri köçürüləcək”
Anası Şəmkir icra başçısının sabiq müavini Sona Əliyevadan şikayət etdi, sonra ...
Nazır: «Nəzarət olunan çimərliklərdə ölüm halı qeydə alınmayıb»
İnsanlar kömək dalınca Kəmaləddin Heydərovun qəbuluna getdilər
Nazir-general: «Nazirlik yaradılandan təbii fəlakətlər zamanı insan itkisi olmayıb»
Fövqəladə Hallar Nazirliyində İranın iqtisadi işlər və maliyyə naziri ilə görüş olub
Fövqəladə hallar naziri-general yanğının söndürülməsi əməliyyatına rəhbərlik edir
FHN Kəmaləddin Heydərovun istefası barədə xəbəri təkzib edir
Salyan sakini qaynatasını maşınla vurdu, Şəmkirdə isə qaynana bıçaqlandı
Əliqismət Şəkərov keçmiş həyat yoldaşı ilə barışmaq istəyirmiş
Şəmkirdə Vüqar Həşimovun xatirə turnirinə yekun vuruldu
Kəmaləddin Heydərov Qətərlə müştərək işlərdən danışdı
Seks qalmaqalı ortaya çıxan məktəb direktorunun səsi yayıldı
Kəmaləddin Heydərov, Əli Həsənov və Zakir Qaralov müavinlərini hadisə yerinə göndərib
Naməlum xəstəlik Azərbaycanda mal-qaranı qırır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qarşıya qoyduğu tapşırıqlara müvafiq olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şəmkirçay su anbarının tikinti işləri ilə tanış olub.
Nazirə məlumat verilib ki, ümumi su tutumu 170 milyon kubmetr, faydalı həcmi 145 milyon kubmetr olacaq su anbarının tikintisində məqsəd Şəmkirçayın su ehtiyatlarından səmərəli istifadə etməklə bölgədə yaşayan əhalinin və əkin sahələrinin suya olan tələbatının tam təmin edilməsidir. Eyni zamanda, ucuz enerji istehsalı və yeni suvarma kanallarının tikilməsi ilə əkinə yararlı sahələrdən səmərəli istifadə olunacaq. Su anbarının tikintisinin ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.
Layihə başa çatdırıldıqdan sonra «Şəmkirçay» su anbarına yığılan su ilə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında 50122 hektar torpaq sahəsinin su təminatı yaxşılaşacaq və 20834 hektar yeni sahələrin suvarılması təmin ediləcək. Bununla yanaşı, Gəncə şəhərinə, Samux və Şəmkir rayonlarına saniyədə 1.6 kubmetr içməli su veriləcək.
Nazir layihə çərçivəsində inşa edilən hidroelektrik stansiya, qidalandırıcı kanal, sol sahil Şəmkirçay və sağ sahil Şəmkirçay kanallarının tikintisi prosesi ilə də tanış olub. K.Heydərov podratçı şirkət olan Türkiyənin «Çengiz» İnşaat Sənaye və Ticarət Anonim Şirkəti və nazirliyin qurumlarının rəhbərlərinə işlərin layihəyə uyğun keyfiyyətli tamamlanması istiqamətində tapşırıq və tövsiyələrini verib.