vaxtlı-vaxtında oxuyun! Şənbə, 10 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
NK-nın TN-lə bağlı qərarı 11:31 | 13 iyul 2014 | Bazar Məqaləyə 1514 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

NK-nın TN-lə bağlı qərarı

Nazirlər Kabineti nazirliyin xahişini yerinə yetirdi

Nazirlər Kabineti 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı»nda dəyişikliklər edilməsi ilə bağlı qərar verib.

ANS PRESS-in Nazirlər Kabinetinə istinadla verdiyi məlumata görə, Nazirlər Kabineti bu dəyişikliyi Təhsil Nazirliyinin təklifini nəzərə alaraq qərara alıb.

Dəyişikliyə əsasən «Ümumi təhsil müəssisələri (ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr)» bölməsinə aşağıdakı məzmunda 59-cu hissə əlavə edilsin:

«59. 23 nömrəli tam orta məktəb».

Eyni zamanda «Təsərrüfathesablı təşkilatlar» bölməsinin 4-cü hissəsi ləğv edilib.