vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
SAHİBKARLIQ  
Şikayətçilər nazirdən pul istədi 18:07 | 19 iyul 2014 | Şənbə Məqaləyə 3318 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şikayətçilər nazirdən pul istədi

Şahin Mustafayev 100-dək vətəndaşı qəbul edib

MÖVZU İLƏ ƏLAQƏLİ

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev vətəndaşlarla növbəti qəbulunu iyulun 19-da Zaqatala şəhərində keçirib. Məlumata görə, şəhər 2 nömrəli tam orta məktəbin binasında keçirilən qəbulda Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşların əksər müraciətləri yerindəcə həll edilib.

Araşdırma tələb olunan, eləcə də nazirliyin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq tədbirlərin görülməsi və aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Zaqatalada keçirilən qəbulda nazir Şahin Mustafayev 100-dək vətəndaşı qəbul edib. Müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, bitkiçilik, heyvandarlıq, quşçuluq və balıqçılıq, mebel, plastik qapı-pəncərə, qənnadı məhsullarının istehsalı, meyvə emalı, kəndin qazlaşdırılması, kəndlərarası körpünün tikintisi, sosial və digər məsələlərlə bağlı olub.

Arıçılıq, quşçuluq, heyvandarlıq, taxılçılıq, meyvə və süd emalı, çörək istehsalı və sair sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib. («Qafqazinfo»)