
“Çox əziyyət çəkdik”
Qurban Qurbanov: “Rəqiblər bir-birini yaxşı tanıyır”
Qurban Qurbanov: “Rəqiblər bir-birini yaxşı tanıyır”
Abtalyada “Qarabağ”-“Şaxtyor” dueli baş tutub
... Yaxud qalib gəlmək mümkün idimi?!
“Arsenal” qərar verdi, XİN isə reaksiya
“Qarabağ”ın Qarayevindən ağır sözlər
Uman yerdən küsmək məsəli
“PSV-dən 6 qol “yeyib” Avroliqaya düşməkdənsə, ...”
Qurban Qurbanov: “Futbolu onlar üçün oynayırıq”
“Qarabağ” AvroLiqanın qrup mərhələsinə qol kimi yağaraq çıxdı
Qurban Qurbanov: “Elə bir oyunçu yoxdur ki, verdiyim tapşırığı yerinə yetirsin”
Qoran Sabliç: “”Qarabağ”ın güclü və zəif cəhətlərini bilirik”
11 oyunda stadionlarda toplamda 9 min izləyici olmayıb
Futbolu ümid oynamır
Qurban Qurbanov: “Heyətdə də bəzi problemlər var”
Yaxud bir daha Rəşad haqda...
Unutmayaq ki, bu komanda səfərdə neçə-neçə uğurlar qazanıb
«Qarabağ»ın oyununda yenə bilet alveri başlayıb. Virtualaz.org saytı xəbər verir ki, həmişə olduğu kimi «Qarabağ»ın Avropa kuboklarındakı oyunları zamanı bilet satışlarında özbaşınalıq davam edir.
Tofiq Bəhramov adına Respublika stadionunun kassalarındakı biletlər oyuna bir neçə gün qalmış qurtarıb. Yəni belə elan verilib. Bu isə təbii olaraq inandırıcı deyil.
«Qarabağ»ın və ümumiyyətlə, Azərbaycan klublarının və millisinin oyunlarını stadiondan izləyən hər bir kəsə bəllidir ki, stadionların qarşısında şıdırğı alver gedir, «qara bazar» satıcıları yüzlərlə, minlərlə bilet satır. Əgər bu biletlər oyuna bir neçə saat qalmış stadion qarşısında satılırsa, bəs kassalarda olan biletləri kim və necə alır?
Hər dəfə yaşanan bu problemin səbəbləri yenə də eynidir. Belə ki, bilet alveri 3 tərəf arasında həyata keçirilir. Bunlar kassada oturan satıcı, bəzi polis əməkdaşları və bileti ikinci əldən satan şəxslərdir.
Satış bu şəkildə həyata keçirilir. «Qara bazar»ın satıcıları əvvəlcədən razılaşma əsasında biletləri kassadan alır və kassada oturana «hörmət» edir. Daha sonra isə polisə «hörmət» edir ki, ondan başqa heç kimə bilet satışına icazə verməsin. Beləliklə də bu üçlüyün əvvəlcədən planlanan işbirliyi kassalarda biletlərin 3-4 gün əvvəldən satılıbmış kimi göstərilməsinə səbəb olur.
Kassalardan alınan 1 və 2 manatlıq biletlər oyundan bir neçə saat əvvəl 3-5 manata satılır.
Oxucularımıza təqdim etdiyimiz bu fotodan da görünür ki, polislə bilet alverçisi razılığa gəlmək üçün danışıqlar aparır. Göy köynəkli şəxs alverçidir. O, kassadan aldığı biletləri stadionun qarşısında baha qiymətə satmaq üçün polislərdən «razılıq» alır.
İyulun 30-da «Qarabağ» Avstriyanın «Zalsburq» klubu ilə tarixi oyuna çıxacaq. Hər bir azərbaycanlı bu oyunu həyəcanla gözləyir. Biletlərin qiyməti də çox yaxşıdır. 1-2 manata olan biletləri imkanından asılı olmayaraq hər azarkeş ala bilər. Lakin buna imkan vermirlər.
«Qarabağ» klubunun rəhbərliyi bu işdə məsuliyyət daşımır. Polis isə ikiqat məsuliyyət daşıyır. Həm təhlükəsizliyi təmin etmək, həm də «qara bazar»da bilet satışının qarşısını almaq onun birbaşa vəzifəsidir. Lakin ikinci məsələdə də polislərin adı varsa, deməyə söz qalmır...
Yada salaq ki, bu il yanvarın 1-dən Azərbaycanda küçə ticarətinə qadağa qoyulub. Lakin metro qarşısında polislərə 1-2 manat verib gün ərzində limon, göyərti satanlar varsa, futbol həyəcanı qabağı da belə halların yaşanması normaldır…
Bütün bunlara baxmayaraq «Qarabağ»ı bu möhtəşəm oyunda dəstəkləməyə gələnlər olacaq. Ötən illərdə olduğu kimi bizə Avropa oyunlarında qələbə sevinci yaşadan «Qarabağ» minlərlə azarkeş qarşısında iyulun 30-da saat 20:30-da «Zalsburq»u qəbul edəcək.