
Birinci xanımların görüşü
Mehriban Əliyevanın almaniyalı qonağı qəbul edib
Mehriban Əliyevanın almaniyalı qonağı qəbul edib
Tiflisdə Leyla Əliyevanın şeirləri əsasında tamaşa səhnələşdirilib
Yeni xalı kolleksiyası təqdim olunub
“Yeniləşən Azərbaycana - yeni məktəb” davam edir
Kölgəliklər, duş, soyunub-geyinmə kabinləri, sanitariya qovşaqları, futbol-voleybol meydançaları və daha nələr
Rus avanqard rəssamlarının əsərlərinin sərgisi
Mehriban Əliyeva şəhərin problemləri ilə yaxından maraqlanıb
“Zima”ya iki gün qaldı...
Azərbaycanda ilk dəfə Nəsimi Festivalı keçiriləcək
Ahəngi adamı Bakının keçmişinə aparan möcüzəli məkan
Günel Rzayeva yeni açılan mərkəzin direktoru oldu
“Mədəniyyətlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi konkret layihələr Azərbaycanın avanqard qabiliyyətini əks etdirir”
Heydər Əliyev Mərkəzində “Moda məkanı” sərgisi
Heydər Əliyev Mərkəzinin parkında möhtəşəm bayram keçirilib
Polad Bülbüloğlu: «İnsanları azərbaycanlı olduqlarına görə öldürüblər...»
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Moskva şəhərinin Mədəniyyət departamenti ilə birlikdə «Aze Project»in informasiya dəstəyi ilə həvəskar fotoqraflar üçün «Best summer photo of 2014. Azerbaijan» açıq fotomüsabiqəsi elan edir.
Modern.az saytı verir ki, müsabiqəyə 16 yaşından 35 yaşınadək gənclər dəvət olunur. Öz foto bacarığını nümayiş etdirmək istəyənlər 4 meqabaytdan az olmamaq şərti ilə 300 dpi göstəricisi ilə çəkdikləri fotoşəkilləri, habelə özləri barədə qısa informasiyanı (müəllifin soyadı, adı, atasının adı, əlaqə telefonu, fotoşəklin adı, çəkiliş yeri) 2014-cü il avqustun 31-dən gec olmayaraq aşağıdakı elektron ünvana göndərə bilərlər:[email protected] »Best summer photo of 2014. Azerbaijan» fotomüsabiqəsi 5 tematik bloka bölünüb:
1) Bakı. Arxitektura (memarlıq abidələri, gəzməli yerlər, şəhər mənzərələri);
2) Peyzajlar (Azərbaycan mənzərələri);
3) Turizm və idman (dəniz, dağlar, idman tikililəri, ilk Avropa oyunlarına hazırlıq);
4) Ekologiya (göl və çay mənzərələri, insan ilə ekologiya arasında qarşılıqlı münasibət, təbiət və onun sərvətləri);
5) Azərbaycanlılar (tanınmış insanların fotoşəkilləri);
6) Moskva azərbaycanlıların gözü ilə.
Hər bir iştirakçı hər kateqoriya üzrə yalnız 4 fotoşəkil təqdim edə bilər. Ən yaxşı işlər bu il sentyabrın ortalarında Moskvada keçiriləcək «Total Art» sərgisində nümayiş etdiriləcəkdir. Müəlliflər diplom və qiymətli mükafatlarla təltif ediləcəklər. Hər nominasiya üzrə qalibə pul mükafatı veriləcək. Öz işini «Instagram» əlavəsində dərc etdirmək istəyənlər #totalartaz и #viewfromazerbaijan qeydi etməlidirlər. Bu əlavədə daha çox «layk» toplamış fotoşəklin müəllifi əlavə mükafat alacaq.Mükafatların təqdim olunması mərasimində maraqlı bədii proqram təqdim ediləcək.