vaxtlı-vaxtında oxuyun! Bazar, 11 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
ELM-TƏHSİL, DİN  
Təhsil nazirindən növbəti əmr 10:12 | 9 avqust 2014 | Şənbə Məqaləyə 1555 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təhsil nazirindən növbəti əmr

Müəllimlərin işə qəbulu avqustun 31-ə qədər yekunlaşacaq

Misranə HƏSƏNZADƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Təhsil Nazirliyinin 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə yolu ilə həyata keçirilib. Nəticələrə əsasən, müsabiqədə iştirak etmək üçün ərizə vermiş 17962 nəfərdən 1304-ü vakant müəllim vəzifələrini tutmaq hüququ qazanıb.

Modern.az-ın məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri barədə əmr imzalayıb. Əmrdə müsabiqənin nəticəsi olaraq boş qalan, yerlərdən daxil olan məlumatlar əsasında yeni yaranmış vakant yerlərin təhlilinin aparılması və müsabiqədə iştirak edib keçid balını toplayan, lakin heç bir yer tutmayanlar üçün cari ilin avqustun 31-dək əlavə yerləşdirmə aparılması tapşırılıb.