Kəmərsıxma etirazları böyüyür
Belçikada on minlərlə insan küçə nümayişlərinə çıxdı
20:01 | 20 avqust 2014 | Çərşənbə
Məqaləyə 3060 dəfə baxılıb
Şriftin ölçüsü
Belçikada on minlərlə insan küçə nümayişlərinə çıxdı
İsrailin “HƏMAS” liderlərinə hava zərbəsi bölgəni silkələdi
İsrail “HƏMAS” rəhbərlərinə sui-qəsd etdiyini açıqladı
Bələdiyyə sədri istefa etdi
Evdə nə qədər nağd pul saxlamaq lazımdır?
Almaniyada satışa çıxan orqanik ərzaq satışdan çıxarıldı
Epilepsiya və narahatlıq əleyhinə istifadə olunan “Lyrica” qeyri-qanuni dövriyyədə sürətlə yayılır
Belçikada tətbiq olunan məbləğə Azərbaycanda 10 ilin maşınını almaq olar
Belçikada sağlamlıq riski daşıyan kartof kroketləri yığışdırılır
Əksər yerlərdə yalnız təcili yardım xidmətləri göstərilir
Hollandiya, Belçika və Fransa həyəcan vəziyyətindədir
Belçikada içərisində Salmonella bakteriyası aşkar edilən yumurtalar yenidən satışa çıxarılıb
Trampın ən yaxşı dostları bu savaşdan qazanclı çıxıb
Nəzəriyyə imtahanı üçün 1500 avro tələb edirlər
Belçikada pivə istehlakı artan xərclər və sağlamlıq problemləri səbəbindən azalır
17,5 il avtomobil sürmək qadağası, 25 min avro zərimə, sürücülük imtahanı və s...
Belçika Xarici İşlər Nazirliyi protokol xidmətinin yüksək rütbəli nümayəndəsi Jan-Mari Pir Qətərdən olan şahzadə xanımın niqabını cırmaqla böyük qalmaqal yaradıb.
Virtualaz.org saytı »Daily Mail»ə istinadən xəbər verir ki, insident ərəb şahzadəsinin və onu müşayiət edən iki xanımın yaxınlıqdan keçən J.-M.Pirdən Kral sarayına necə getmək lazım olduğunu soruşduğu məqamda baş verib.
«Mən onlara dedim ki, üzünü görə bilmədiyim adamlarla söhbət etmirəm. Mənə müraciət edən qadın isə bu sözlərimi yəqin ki, eşitmədi. Ona görə də əl atıb onun başındakı örtüyü dartıb çıxardım. Bilirəm ki, belə etməməli idim. Amma həmin qadının hərəkəti də qanunazidd idi» - deyə belçikalı məmur bildirib.
Baş verən bu hadisədən sonra J.-M.Pir polis tərəfindən saxlanılıb. Bəzi məlumatlara görə, Belçika XİN-in əməkdaşı həmin an sərxoş olub.
Hicabı başından açılan qətərli şahzadə xanım isə öz növbəsində bəyan edib ki, belçikalı kişi onun qulağındakı sırğaları da qoparıb, bundan əlavə, insident zamanı bədəni sıyrılıb və göyərib.
Ərəb şahzadəsinin adı açıqlanmır. Amma «Daily Mail» yazır ki, qadının özünü də cərimə və 7 günə qədər həbs cəzası gözləyir. Çünki ictimai yerlərdə hicabla gəzmək və üzü örtmək Belçika qanunları ilə qadağandır.