vaxtlı-vaxtında oxuyun! Cümə, 3 iyul 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
ELM-TƏHSİL, DİN  
Nazirdən yeni əmr 13:30 | 28 avqust 2014 | Cümə axşamı Məqaləyə 1469 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirdən yeni əmr

Mikayıl Cabbarov sentyabr ayında konfransların keçirilməsini istəyib

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov yeni əmr imzalayıb. Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, nazir təhsil işçilərinin 2014-cü il sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzalayıb. Yeni əmrdə qeyd olunub ki, 2014-cü il 01-12 sentyabr tarixlərində ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfransları təşkil olunsun.

Həmçinin əmrdə qeyd olunub ki, konfranslar plenar və metodik bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçirilsin, konfransların plenar iclaslarında «2013-2014-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr» mövzusunda rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirlərinin məruzəsi dinlənilib müzakirə edilsin.