
«Şəhərin illərlə yığılıb qalmış problemləri var»
Dövlət büdcəsindən dotasiya almayan Sumqayıtın xərcləri hardan qarşılanır...
Dövlət büdcəsindən dotasiya almayan Sumqayıtın xərcləri hardan qarşılanır...
Azərbaycan orduya 8 faiz, Ermənistansa 20 faiz pul ayırır, amma hərbi büdcəmiz düşməndən azı 5 dəfə çoxdur
İlham Əliyev sabitliyi pozmaq istəyənlərin yeni cəhdlərindən danışdı
«Düşmənə layiqli cavabın verilməsi Ermənistanda ciddi təşviş yaradıb»
Prezident Kür üzərindəki körpünün açılışında iştirak edib
Yeni nazirin hərbi geyimlərdəki dəyişikliyi də əsgər ölümlərini durdurmadı
Yeni nazirin hərbi geyimlərdəki dəyişikliyi də əsgər ölümlərini durdurmadı
Yeni nazirin hərbi geyimlərdəki dəyişikliyi də əsgər ölümlərini durdurmadı
Saatlıya baş çəkən prezident İlham Əliyev avqustun 28-də Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak edib.
Nəqliyyat naziri Ziya Məmmədov İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumat verib. Bildirilib ki, ikinci texniki dərəcəli yolun uzunluğu 72 kilometr, eni isə 15 metrdir. Tikintinin gedişində layihə üzrə yol üzərində 8 yeni körpü tikilib, 109-u yolda, 63-ü yanaşma yollarda olmaqla 172 suötürücü boru qoyulub və digər infrastruktur işləri görülüb.
AzərTAc xəbər verir ki, daha sonra İlham Əliyev Beyləqan rayonuna səfər edib. Dövlət başçısı öncə Heydər Əliyev Parkında olub. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev prezidentə deyib ki, əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Parkında rayon sakinləri, eləcə də qonaqların istirahəti üçün hər cür şərait yaradılıb.
İ.Əliyev rayonda şahmat məktəbinin və Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən uşaq bağçasının açılışında da iştirak edib.